https://sputnik.az/20230823/mirzoyan-anjey-kaspsikle-lacin-yolundaki-veziyyeti-muzakire-etdi-457946140.html
Mirzoyan Anjey Kaspşiklə Laçın yolundakı vəziyyəti müzakirə etdi
Mirzoyan Anjey Kaspşiklə Laçın yolundakı vəziyyəti müzakirə etdi
Sputnik Azərbaycan
Mirzoyan Laçın yolundakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in təsirli addımlarının vacibliyini qeyd edib. 23.08.2023, Sputnik Azərbaycan
2023-08-23T15:47+0400
2023-08-23T15:47+0400
2023-08-23T15:47+0400
ararat mirzoyan
dünya xəbərləri
anji kasprşik
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457126622_0:0:3084:1736_1920x0_80_0_0_94d14a3334083aaf76c95d83d8cf8cad.jpg
BAKI, 23 avqust — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə Laçın yolundakı vəziyyəti müzakirə edib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş avqustun 22-də baş tutub. Kaspşik Ermənistana ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin tapşırığına əsasən Laçın yolunasəfər etmək və vəziyyətlə bağlı hesabat təqdim etmək üçün gəlib. Mirzoyan Laçın yolundakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in təsirli addımlarının vacibliyini qeyd edib. Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb. Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457126622_355:0:3084:2047_1920x0_80_0_0_7c13f0fe42da4ed78d40f578e3713dc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ararat mirzoyan, anji kasprşik
ararat mirzoyan, anji kasprşik
Mirzoyan Anjey Kaspşiklə Laçın yolundakı vəziyyəti müzakirə etdi
Mirzoyan Laçın yolundakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in təsirli addımlarının vacibliyini qeyd edib.
BAKI, 23 avqust — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə Laçın yolundakı vəziyyəti müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş avqustun 22-də baş tutub. Kaspşik Ermənistana ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin tapşırığına əsasən Laçın yolunasəfər etmək və vəziyyətlə bağlı hesabat təqdim etmək üçün gəlib.
Mirzoyan Laçın yolundakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in təsirli addımlarının vacibliyini qeyd edib.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.