DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Məkkədə şiddətli qasırğa olub - Kəbədə çətin anlar - VİDEO

© AFP 2023 / ABDEL GHANI BASHIRHəcc ziyarəti, arxiv şəkli
Həcc ziyarəti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
Məkkə şəhərində yağan güclü yağış və fırtına Kəbədə ibadət edən müsəlmanlara çətin vəziyyət yaradıb.
BAKI, 23 avqust — Sputnik. Səudiyyə Ərəbistanın Məkkə şəhərində güclü qasırğa baş verib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Məkkə şəhərində yağan güclü yağış və fırtına Kəbədə ibadət edən müsəlmanlara çətin vəziyyət yaradıb.
Şiddətli fırtınada bir çox təhlükəsizlik baryerləri aşıb.
Müvafiq qurumlar pis hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.
Tufana görə məktəblər bir günlük bağlanıb. Bildirilib ki, tufan və güclü yağışdan sonra məktəblərdəki vəziyyətə yenidən baxılacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın digər şəhərlərində də - Mədinə Ciddədə fırtına və leysan yağışları təsirli olub. Məkkə küçələrində sel suları əmələ gələrkən, Ciddədə güclü külək və yağış səbəbindən elektrik dirəkləri aşıb.
Sosial şəbəkələrdə paylaşılan videolarda küləyin təsiri ilə ağır plastik maneələrin uçaraq insanlara dəydiyi görünür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0