https://sputnik.az/20230823/kinci-qrup-uzre-qebul-imtahanlarinda-nece-nefer-600-den-cox-bal-toplayib-457945101.html
İkinci qrup üzrə qəbul imtahanlarında neçə nəfər 600-dən çox bal toplayıb?
İkinci qrup üzrə qəbul imtahanlarında neçə nəfər 600-dən çox bal toplayıb?
Sputnik Azərbaycan
Bu il II qrup üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. 23.08.2023, Sputnik Azərbaycan
2023-08-23T16:23+0400
2023-08-23T16:23+0400
2023-08-23T16:23+0400
imtahan
qrup
ixtisas
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512348_0:157:3081:1890_1920x0_80_0_0_cf4f3c7b3bbca350b7da060b88053ab1.jpg
BAKI, 23 avqust — Sputnik. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında ikinci ixtisas qrupunda (Azərbaycan və rus bölmələri üzrə) 168 nəfər 600-dən çox bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il II qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır.İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512348_174:0:2905:2048_1920x0_80_0_0_8b7492c30c78e80c4c93efabfb6c3142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, qrup, ixtisas
İkinci qrup üzrə qəbul imtahanlarında neçə nəfər 600-dən çox bal toplayıb?
Bu il II qrup üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.
BAKI, 23 avqust — Sputnik. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında ikinci ixtisas qrupunda (Azərbaycan və rus bölmələri üzrə) 168 nəfər 600-dən çox bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il II qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.
Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.