https://sputnik.az/20230823/dovlet-muessise-ve-teskilatlarina-erzaq-ve-aqrar-mehsullar-satmaq-isteyenlerin-nezerine-457954049.html
Dövlət müəssisə və təşkilatlarına ərzaq və aqrar məhsullar satmaq istəyənlərin nəzərinə!
Dövlət müəssisə və təşkilatlarına ərzaq və aqrar məhsullar satmaq istəyənlərin nəzərinə!
Sputnik Azərbaycan
Ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq istəyənlər 1 sentyabr tarixinədək dövlət satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq... 23.08.2023, Sputnik Azərbaycan
2023-08-23T19:00+0400
2023-08-23T19:00+0400
2023-08-23T22:09+0400
iqtisadiyyat
kənd
kənd təsərrüfatı
kənd təsərrüfatı məhsulları
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42219/73/422197340_0:0:3072:1728_1920x0_80_0_0_812cffa41a02a7117d3b2234ae67b869.jpg
BAKI, 23 avqust — Sputnik. Ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcıların elektron portalda təkliflərini yerləşdirməsi prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq 1 sentyabr tarixinədək dövlət satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər. İstehsalçı və satıcılar tedaruk.az saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər. "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı olan tedaruk.az dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Elektron portala necə daxil olunur? Qeyd edək ki, dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (satınalan təşkilatlar), habelə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları elektron portala "ASAN LOGİN" sistemi üzərindən ASAN İmza vasitəsilə daxil ola bilərlər. ASAN İmza VÖEN hesabına bağlı olmalıdır. Elektron portalın hansı üstünlükləri var? Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınması prosesini təkmilləşdirir. Ərzaq məhsullarının tədarükü və təchizatı prosesi elektron portal üzərindən həyata keçirilir ki, bu da əməliyyatların operativ şəkildə yerinə yetirilməsini təmin edir. Həmçinin elektron portal vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə də müsbət təsir göstərir. İstehsalçılar və ya satıcılar hansı tarix aralığında təklif yerləşdirməlidirlər? İstehsalçılar və ya satıcılar növbəti il üçün tədarük və təchizat agenti ("Aqrar tədarük və təchizat" ASC) tərəfindən elektron portal daxil edilən elana uyğun təkliflərini cari ilin 1 avqust tarixindən 1 sentyabr tarixinədək elektron portalda yerləşdirməlidirlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmır. Ərzaq məhsullarının satınalma qiyməti hansı qaydada müəyyən edilir? Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiyməti ötən il iyulun 1-dən cari il iyulun 1-dək olan dövr üzrə orta statistik satış qiymətinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsinə vurulması ilə müəyyən edilir. İl ərzində bu qiymətlər yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin qiymətlərə təsir göstərdiyi hallarda yenilənir. Müqavilə bağlandıqdan sonra dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (satınalan təşkilatlar) ilə istehsalçı və ya satıcılar arasında alqı-satqı əməliyyatları hansı qaydada aparılır? Dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (satınalan təşkilatlar) ilə istehsalçı və ya satıcılar arasında bütün alqı-satqı əməliyyatları, alqı-satqı əməliyyatları ilə bağlı bütün sənədləşmə prosesi (təhvil-təslim aktları, sifarişlər və s.), habelə müqaviləyə əlavələr və razılaşmaların imzalanması elektron portal vasitəsilə həyata keçirilir. İstehsalçılar və ya satıcılar elektron portala təklif yerləşdirdikləri zaman məhsulların qiymətlərini necə müəyyənləşdirməlidirlər? İstehsalçılar və ya satıcılar ərzaq məhsullarının qiymətinə qablaşdırma (tara), daşınma, gömrük, vergi (ƏDV) və digər ödənişlərə aid olan xərcləri daxil etməklə ərzaq məhsulları üçün elan edilən qiymətdən yuxarı qiymət təklif etməməlidirlər. Qiymət Azərbaycan manatı ilə qeyd edilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42219/73/422197340_258:0:2989:2048_1920x0_80_0_0_47e42b2b59ad1cc7495a1ae7a28cc7b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kənd, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı nazirliyi
kənd, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı nazirliyi
Dövlət müəssisə və təşkilatlarına ərzaq və aqrar məhsullar satmaq istəyənlərin nəzərinə!
19:00 23.08.2023 (Yenilənib: 22:09 23.08.2023) Ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq istəyənlər 1 sentyabr tarixinədək dövlət satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
BAKI, 23 avqust — Sputnik. Ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcıların elektron portalda təkliflərini yerləşdirməsi prosesi davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar
tedaruk.az saytına daxil olaraq 1 sentyabr tarixinədək dövlət satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər. İstehsalçı və satıcılar tedaruk.az saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.
"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı olan tedaruk.az dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.
Elektron portala necə daxil olunur?
Qeyd edək ki, dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (satınalan təşkilatlar), habelə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları elektron portala "ASAN LOGİN" sistemi üzərindən ASAN İmza vasitəsilə daxil ola bilərlər. ASAN İmza VÖEN hesabına bağlı olmalıdır.
Elektron portalın hansı üstünlükləri var?
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınması prosesini təkmilləşdirir. Ərzaq məhsullarının tədarükü və təchizatı prosesi elektron portal üzərindən həyata keçirilir ki, bu da əməliyyatların operativ şəkildə yerinə yetirilməsini təmin edir. Həmçinin elektron portal vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə də müsbət təsir göstərir.
İstehsalçılar və ya satıcılar hansı tarix aralığında təklif yerləşdirməlidirlər?
İstehsalçılar və ya satıcılar növbəti il üçün tədarük və təchizat agenti ("Aqrar tədarük və təchizat" ASC) tərəfindən elektron portal daxil edilən elana uyğun təkliflərini cari ilin 1 avqust tarixindən 1 sentyabr tarixinədək elektron portalda yerləşdirməlidirlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmır.
Ərzaq məhsullarının satınalma qiyməti hansı qaydada müəyyən edilir?
Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiyməti ötən il iyulun 1-dən cari il iyulun 1-dək olan dövr üzrə orta statistik satış qiymətinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsinə vurulması ilə müəyyən edilir. İl ərzində bu qiymətlər yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin qiymətlərə təsir göstərdiyi hallarda yenilənir.
Müqavilə bağlandıqdan sonra dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (satınalan təşkilatlar) ilə istehsalçı və ya satıcılar arasında alqı-satqı əməliyyatları hansı qaydada aparılır?
Dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (satınalan təşkilatlar) ilə istehsalçı və ya satıcılar arasında bütün alqı-satqı əməliyyatları, alqı-satqı əməliyyatları ilə bağlı bütün sənədləşmə prosesi (təhvil-təslim aktları, sifarişlər və s.), habelə müqaviləyə əlavələr və razılaşmaların imzalanması elektron portal vasitəsilə həyata keçirilir.
İstehsalçılar və ya satıcılar elektron portala təklif yerləşdirdikləri zaman məhsulların qiymətlərini necə müəyyənləşdirməlidirlər?
İstehsalçılar və ya satıcılar ərzaq məhsullarının qiymətinə qablaşdırma (tara), daşınma, gömrük, vergi (ƏDV) və digər ödənişlərə aid olan xərcləri daxil etməklə ərzaq məhsulları üçün elan edilən qiymətdən yuxarı qiymət təklif etməməlidirlər. Qiymət Azərbaycan manatı ilə qeyd edilməlidir.