https://sputnik.az/20230823/cinde-telebin-azalmasi-ile-bagli-narahatliqlar-nefti-bahalasdirir-457929949.html
Çində tələbin azalması ilə bağlı narahatlıqlar nefti bahalaşdırır
Çində tələbin azalması ilə bağlı narahatlıqlar nefti bahalaşdırır
Sputnik Azərbaycan
Digər tərəfdən, ABŞ-də neft ehtiyatları təxminən 2,4 milyon barel azalaraq düşməyə davam edib. 23.08.2023, Sputnik Azərbaycan
2023-08-23T10:49+0400
2023-08-23T10:49+0400
2023-08-23T10:49+0400
neft-qaz
neft
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290164_0:110:3249:1938_1920x0_80_0_0_fb02d6a9d1d2a7faf44baa479824f3ee.jpg
BAKI, 23 avqust — Sputnik. Neft qiymətləri iki günlük enişdən sonra bahalaşmağa başlayıb. Ən böyük neft idxalçısı olan Çində tələbin azalması ilə bağlı narahatlıqlar və ABŞ-də neft ehtiyatlarının azalması neftin bahalaşmasına səbəb olub. "Brent" markalı neft 13 sent və ya 0,2% artaraq 84,16 dollar olub, ABŞ-ın Qərbi Texas nefti isə 18 sent və ya 0,2% artaraq 79,82 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,98 dollar yaxud 1,09% azalaraq 88,68 dollar təşkil edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyuldan sentyabr ayına qədər hasilatı sutkada daha 1 milyon barel azaltmaq niyyətindədir və Rusiya avqustda ixracı sutkada 500 min barel azaltmağı planlaşdırır. Bu addımlar tədarükün məhdudlaşdırılması və qiymətləri dəstəkləmək üçün razılaşmanın bir hissəsidir. ABŞ-da neft ehtiyatları təxminən 2,4 milyon barel azalaraq düşməyə davam edib. Xatırladaq ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib. Ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290164_260:0:2989:2047_1920x0_80_0_0_e084da86995f3a7c8eeba22525833129.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Çində tələbin azalması ilə bağlı narahatlıqlar nefti bahalaşdırır
Digər tərəfdən, ABŞ-də neft ehtiyatları təxminən 2,4 milyon barel azalaraq düşməyə davam edib.
BAKI, 23 avqust — Sputnik. Neft qiymətləri iki günlük enişdən sonra bahalaşmağa başlayıb.
Ən böyük neft idxalçısı olan Çində tələbin azalması ilə bağlı narahatlıqlar və ABŞ-də neft ehtiyatlarının azalması neftin bahalaşmasına səbəb olub.
"Brent" markalı neft 13 sent və ya 0,2% artaraq 84,16 dollar olub, ABŞ-ın Qərbi Texas nefti isə 18 sent və ya 0,2% artaraq 79,82 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,98 dollar yaxud 1,09% azalaraq 88,68 dollar təşkil edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyuldan sentyabr ayına qədər hasilatı sutkada daha 1 milyon barel azaltmaq niyyətindədir və Rusiya avqustda ixracı sutkada 500 min barel azaltmağı planlaşdırır. Bu addımlar tədarükün məhdudlaşdırılması və qiymətləri dəstəkləmək üçün razılaşmanın bir hissəsidir.
ABŞ-da neft ehtiyatları təxminən 2,4 milyon barel azalaraq düşməyə davam edib.
Xatırladaq ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib. Ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.