Cənubi Afrikada BRİKS sammitinin ilk günü necə keçib
Cənubi Afrikada BRİKS sammitinin ilk günü necə keçib
Sputnik Azərbaycan
Sammitin birinci günü üzv ölkələrin liderlərinin qapalı formatda cari dünya siyasətinin ən mühüm məsələlərinin müzakirəsi ilə başa çatıb. 23.08.2023, Sputnik Azərbaycan
BAKI, 23 avqust — Sputnik. Dünən Yohannesburqda BRİKS sammitinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) birinci günü başa çatıb. Qeyd edək ki, bütövlükdə sammitdə 60-dan çox dövlətin nümayəndəsi iştirak edir. Tədbir çərçivəsində dövlət başçılarının, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin iştirakçılar qarşısında çıxış etdiyi biznes forum keçirilib. Belə ki, Rusiya lideri videokonfrans vasitəsilə çıxışında qeyd edib ki, hazırda 3 milyarddan çox insanın yaşadığı BRİKS ölkələrinin dünya ÜDM-də payı, demək olar ki, 26%-ə çatıb. Alıcılıq qabiliyyəti pariteti baxımından isə assosiasiya - 2023-cü ilin sonuna qədər 30%-ə qarşı 31,5% göstərici ilə G7-ni ötüb keçib. Onun sözlərinə görə, BRİKS ölkələrinin iqtisadi əlaqələrinin de-dollarizasiyasının obyektiv və geridönməz prosesi getdikcə güclənir, assosiasiya ölkələri arasında hesablaşmalarda Amerika valyutasının payı azalır. Bundan əlavə, sammitin birinci günü üzv ölkələrin liderlərinin qapalı formatda cari dünya siyasətinin ən mühüm məsələləri, habelə assosiasiyanın genişləndirilməsi məsələlərinin müzakirəsi ilə yekunlaşıb. Avqustun 23-də səhər saatlarında keçiriləcək sammitin plenar iclasının gündəliyinə BRİKS-in genişləndirilməsi məsələsi daxildir. Qeyd edək ki, sammit avqustun 24-dək davam edəcək. Beynəlxalq tədbirdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sammitin birinci günü üzv ölkələrin liderlərinin qapalı formatda cari dünya siyasətinin ən mühüm məsələlərinin müzakirəsi ilə başa çatıb.
BAKI, 23 avqust — Sputnik. Dünən Yohannesburqda BRİKS sammitinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) birinci günü başa çatıb.
Qeyd edək ki, bütövlükdə sammitdə 60-dan çox dövlətin nümayəndəsi iştirak edir.
Tədbir çərçivəsində dövlət başçılarının, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin iştirakçılar qarşısında çıxış etdiyi biznes forum keçirilib.
Belə ki, Rusiya lideri videokonfrans vasitəsilə çıxışında qeyd edib ki, hazırda 3 milyarddan çox insanın yaşadığı BRİKS ölkələrinin dünya ÜDM-də payı, demək olar ki, 26%-ə çatıb. Alıcılıq qabiliyyəti pariteti baxımından isə assosiasiya - 2023-cü ilin sonuna qədər 30%-ə qarşı 31,5% göstərici ilə G7-ni ötüb keçib.
Onun sözlərinə görə, BRİKS ölkələrinin iqtisadi əlaqələrinin de-dollarizasiyasının obyektiv və geridönməz prosesi getdikcə güclənir, assosiasiya ölkələri arasında hesablaşmalarda Amerika valyutasının payı azalır.
Bundan əlavə, sammitin birinci günü üzv ölkələrin liderlərinin qapalı formatda cari dünya siyasətinin ən mühüm məsələləri, habelə assosiasiyanın genişləndirilməsi məsələlərinin müzakirəsi ilə yekunlaşıb.
Avqustun 23-də səhər saatlarında keçiriləcək sammitin plenar iclasının gündəliyinə BRİKS-in genişləndirilməsi məsələsi daxildir.
Qeyd edək ki, sammit avqustun 24-dək davam edəcək. Beynəlxalq tədbirdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.
Braziliya Prezidenti Lula da Silva, Çin Prezidenti Si Cinpin, Cənubi Afrika prezidenti Siril Ramafoza, Hindistanın baş naziri Narendra Modi və Rusiya xarici işlər naziri Sergey Lavrov (soldan sağa) BRİKS nümayəndə heyətinin başçılığı ilə Yohannesburqda foto çəkiliş mərasimində iştirak edirlər.
Braziliya Prezidenti Lula da Silva, Çin Prezidenti Si Cinpin, Cənubi Afrika prezidenti Siril Ramafoza, Hindistanın baş naziri Narendra Modi və Rusiya xarici işlər naziri Sergey Lavrov (soldan sağa) BRİKS nümayəndə heyətinin başçılığı ilə Yohannesburqda foto çəkiliş mərasimində iştirak edirlər.