CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində temperatur 37°-yə çatacaq

© AFP 2023 / NATALIA KOLESNIKOVABakı, arxiv
Bakı, arxiv - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
Rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.
BAKI, 22 avqust — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 32-37° isti, dağlarda 20-25° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0