https://sputnik.az/20230822/norvec-sirketi-azeri-ciraq-guneslideki-payini-satmaq-isteyir---kv-457895609.html
Norveç şirkəti “Azəri-Çıraq-Günəşli”dəki payını satmaq istəyir - KİV
Norveç şirkəti “Azəri-Çıraq-Günəşli”dəki payını satmaq istəyir - KİV
Sputnik Azərbaycan
AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. 22.08.2023, Sputnik Azərbaycan
2023-08-22T11:15+0400
2023-08-22T11:15+0400
2023-08-22T11:15+0400
neft-qaz
"bloomberg" agentliyi
"azəri-çıraq-günəşli" (açg) yataqlar bloku
pay bölgüsü
https://cdnn1.img.sputnik.az/img/40763/39/407633950_0:0:1024:576_1920x0_80_0_0_9872677973d877ec076acfc53abc9500.jpg
BAKI, 22 avqust - Sputnik. Norveçin “Equinor ASA” şirkəti Azərbaycandakı aktivlərini, o cümlədən Azəri-Çıraq-Günəşli (AÇG) ən böyük neft layihəsində payı satmaq imkanlarını araşdırır. Bu barədə Bloomberg xəbər yayıb.Böyük enerji şirkətinin AÇG yataqlar blokunda 7,27% pay da daxil olmaqla aktivlərə alıcı marağını qiymətləndirmək üçün Jefferies Financial Group Inc. (ABŞ) ilə əməkdaşlıq etdiyi bildirilir.Agentlik bildirir ki, Equinor-un aktivləri təxminən 1 milyard dollar dəyərində qiymətləndirilə bilər.Xatırladaq ki, “Equinor” “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27%, Bakı-Tbilisi-Ceyhan boru kəmərində isə 8,71% paya malikdir.Qeyd edək ki, istismara verilən andan 2023-cü il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” (AÇG) karbohidrogen yatağından 211 milyard kubmetr qaz və 577,5 milyon ton neft hasil edilib.Bundan əlavə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin satışından əldə etdiyi gəlir 4,1 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 26,8% azdır.Xatırladaq ki, AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üçün 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.Yeni saziş çərçivəsində investisiyalar 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olacağı planlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40763/39/407633950_128:0:896:576_1920x0_80_0_0_0bafd1943f1551bbbe9334b077349145.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
"bloomberg" agentliyi, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, pay bölgüsü
"bloomberg" agentliyi, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, pay bölgüsü
Norveç şirkəti “Azəri-Çıraq-Günəşli”dəki payını satmaq istəyir - KİV
AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
BAKI, 22 avqust - Sputnik. Norveçin “Equinor ASA” şirkəti Azərbaycandakı aktivlərini, o cümlədən Azəri-Çıraq-Günəşli (AÇG) ən böyük neft layihəsində payı satmaq imkanlarını araşdırır. Bu barədə Bloomberg xəbər yayıb.
Böyük enerji şirkətinin AÇG yataqlar blokunda 7,27% pay da daxil olmaqla aktivlərə alıcı marağını qiymətləndirmək üçün Jefferies Financial Group Inc. (ABŞ) ilə əməkdaşlıq etdiyi bildirilir.
Agentlik bildirir ki, Equinor-un aktivləri təxminən 1 milyard dollar dəyərində qiymətləndirilə bilər.
Xatırladaq ki, “Equinor” “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27%, Bakı-Tbilisi-Ceyhan boru kəmərində isə 8,71% paya malikdir.
Qeyd edək ki, istismara verilən andan 2023-cü il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” (AÇG) karbohidrogen yatağından 211 milyard kubmetr qaz və 577,5 milyon ton neft hasil edilib.
Bundan əlavə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin satışından əldə etdiyi gəlir 4,1 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 26,8% azdır.
Xatırladaq ki, AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üçün 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.
Yeni saziş çərçivəsində investisiyalar 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olacağı planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.