https://sputnik.az/20230822/dovlet-qurumlarinda-on-bir-minden-cox-olcme-vasitesi-yoxlamaya-celb-olunub-457900407.html
Dövlət qurumlarında on bir mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub
Dövlət qurumlarında on bir mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub
Sputnik Azərbaycan
Dövlət qurumlarının tabeliyində olan bir sıra müəssisələrdə monitorinqlər davam etdirilir. 22.08.2023, Sputnik Azərbaycan
2023-08-22T13:47+0400
2023-08-22T13:47+0400
2023-08-22T13:47+0400
dövlət qurumu
cəmiyyət
yoxlama
"azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti
azərbaycan dəmir yolları
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_0:321:3071:2048_1920x0_80_0_0_fdebf1f8b62d01842897db6f5e44205d.jpg
BAKI, 22 avqust — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət idarə, müəssisə və təşkilatlarında metroloji nəzarət tədbirləri davam etdirilir. Dövlət Xidmətinin yaydığı məlumata görə, cari ilin yanvar ayından etibarən Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir. Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azərişıq” ASC-nin tabeliyində olan 2 müəssisədə 12 ölçmə vasitəsi, “Azərsu” ASC-nin tabeliyində olan 7 müəssisədə 259 ölçmə vasitəsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516 ölçmə vasitəsi, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan 5 müəssisədə 165 ölçmə vasitəsi, “Bakı Metropoliteni” QSC-də 6713 ölçmə vasitəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan 59 müəssisədə 3481 ölçmə vasitəsi yoxlamaya cəlb olunub. Hazırda Dövlət Xidməti tərəfindən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqlərə başlanılıb, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə isə monitorinqlər davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_333:0:3064:2048_1920x0_80_0_0_360e3e838f4e9b858776cb8d68f44e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət qurumu, yoxlama, "azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti, azərbaycan dəmir yolları
dövlət qurumu, yoxlama, "azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti, azərbaycan dəmir yolları
Dövlət qurumlarında on bir mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub
Dövlət qurumlarının tabeliyində olan bir sıra müəssisələrdə monitorinqlər davam etdirilir.
BAKI, 22 avqust — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət idarə, müəssisə və təşkilatlarında metroloji nəzarət tədbirləri davam etdirilir.
Dövlət Xidmətinin yaydığı məlumata görə, cari ilin yanvar ayından etibarən Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.
Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azərişıq” ASC-nin tabeliyində olan 2 müəssisədə 12 ölçmə vasitəsi, “Azərsu” ASC-nin tabeliyində olan 7 müəssisədə 259 ölçmə vasitəsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516 ölçmə vasitəsi, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan 5 müəssisədə 165 ölçmə vasitəsi, “Bakı Metropoliteni” QSC-də 6713 ölçmə vasitəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan 59 müəssisədə 3481 ölçmə vasitəsi yoxlamaya cəlb olunub.
Hazırda Dövlət Xidməti tərəfindən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqlərə başlanılıb, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə isə monitorinqlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.