https://sputnik.az/20230822/brks-olkeleri-birlikde-dunya-iqtisadiyyatini-deyise-bilerler---car-prezidenti-457879308.html
BRİKS ölkələri birlikdə dünya iqtisadiyyatını dəyişə bilərlər - CAR prezidenti
BRİKS ölkələri birlikdə dünya iqtisadiyyatını dəyişə bilərlər - CAR prezidenti
Sputnik Azərbaycan
Dünya əhalisinin 40%-dən çoxunun məskunlaşdığı BRİKS ölkələri qlobal dinamikanı kollektiv şəkildə formalaşdıra bilər. 22.08.2023, Sputnik Azərbaycan
2023-08-22T10:18+0400
2023-08-22T10:18+0400
2023-08-22T10:18+0400
car
dünya xəbərləri
briks
cənubi afrika
cənubi afrika respublikası
https://cdnn1.img.sputnik.az/img/07e7/08/15/457879143_0:0:2986:1680_1920x0_80_0_0_3d2c135ed960bb127d35bbafe9389cff.jpg
BAKI, 22 avqust — Sputnik. BRİKS təşkilatının üzvü olan ölkələr - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika birlikdə dünya iqtisadiyyatını və beynəlxalq münasibətləri əhəmiyyətli dərəcədə dəyişə bilər. Bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BRİKS sammiti ərəfəsində xalqa müraciətində söyləyib. "BRİKS ölkələri qlobal dinamikanı kollektiv şəkildə formalaşdıra bilər və birlikdə hərəkət etməklə dünya iqtisadiyyatında və beynəlxalq münasibətlərdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər", - deyə Ramafosa bildirib. O, hesab edir ki, dünya əhalisinin 40%-dən çoxunun məskunlaşdığı BRİKS ölkələrinin dəyəri öz ölçüsünü aşır və bir assosiasiya kimi bu təşkilat iqtisadi gücü, bazar potensialı, siyasi nüfuzu və inkişaf üçün əməkdaşlığı sayəsində dünyada mühüm rol oynayır". Cənubi Afrika prezidenti qeyd edib ki, BRİKS üzvləri birlikdə "daha ədalətli, balanslı və idarə olunan dünya üçün çağırış etmək üçün kollektiv səslərindən istifadə ediblər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/15/457879143_147:0:2878:2048_1920x0_80_0_0_d5272362b508f253924489a28f990bea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
car, briks , cənubi afrika, cənubi afrika respublikası
car, briks , cənubi afrika, cənubi afrika respublikası
BRİKS ölkələri birlikdə dünya iqtisadiyyatını dəyişə bilərlər - CAR prezidenti
Dünya əhalisinin 40%-dən çoxunun məskunlaşdığı BRİKS ölkələri qlobal dinamikanı kollektiv şəkildə formalaşdıra bilər.
BAKI, 22 avqust — Sputnik. BRİKS təşkilatının üzvü olan ölkələr - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika birlikdə dünya iqtisadiyyatını və beynəlxalq münasibətləri əhəmiyyətli dərəcədə dəyişə bilər.
Bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BRİKS sammiti ərəfəsində xalqa müraciətində söyləyib.
"BRİKS ölkələri qlobal dinamikanı kollektiv şəkildə formalaşdıra bilər və birlikdə hərəkət etməklə dünya iqtisadiyyatında və beynəlxalq münasibətlərdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər", - deyə Ramafosa bildirib.
O, hesab edir ki, dünya əhalisinin 40%-dən çoxunun məskunlaşdığı BRİKS ölkələrinin dəyəri öz ölçüsünü aşır və bir assosiasiya kimi bu təşkilat iqtisadi gücü, bazar potensialı, siyasi nüfuzu və inkişaf üçün əməkdaşlığı sayəsində dünyada mühüm rol oynayır".
Cənubi Afrika prezidenti qeyd edib ki, BRİKS üzvləri birlikdə "daha ədalətli, balanslı və idarə olunan dünya üçün çağırış etmək üçün kollektiv səslərindən istifadə ediblər".