DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bizim üçün danışıqlar platformaları arasında heç bir fərq yoxdur - Mirzoyan

© MAXIM SHIPENKOV / POOL / AFPArarat Mirzoyan
Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
Ermənistan XİN rəhbəri bildirib ki, dəfələrlə razılığın necə əldə olunduğunun, lakin mahiyyətcə həyata keçirilmədiyinin şahidi olublar.
BAKI, 22 avqust — Sputnik. Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır və bu istiqamətdə göstərilən bütün səyləri yüksək qiymətləndirir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda belçikalı həmkarı Hadca Ləhbiblə keçirdiyi brifinqdə deyib.
Mirzoyan xatırladıb ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə artıq bir sıra mühüm görüşlər, dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda daha bir neçə görüş keçirilib, Moskvada nazirlər və dövlət başçıları səviyyəsində görüşlər olub.

"Bizim üçün danışıqlar platformaları arasında heç bir fərq yoxdur. Bu sahədə əldə olunan razılaşmaların həyata keçirilməsi vacibdir. Təəssüf ki, biz dəfələrlə razılığın necə əldə olunduğunun, lakin mahiyyətcə həyata keçirilmədiyinin şahidi olmuşuq", - Mirzoyan bildirib.

O əlavə edib ki, İrəvan əldə olunmuş razılaşmaların həyata keçirilməsində bütün beynəlxalq tərəfdaşların və vasitəçilərin iştirakını gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0