CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın 3 rayon və 1 şəhərin qaz təchizatında fasilə yaranacaq

© AFP 2023 / DANIEL ROLANDQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
BAKI, 22 avqust - Sputnik. Sabah Abşeron, İsmayıllı və Samux rayonlarının, həmçinin Gəncə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı saat 09:00-dan “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında (QPS) istismara yararsız qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, “İsmayıllı” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində və “Talıstan” ölçü qovşağından qidalanan qaz xəttində təmir işlərinin aparılması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Gəncə” və “Samux” QPS-lər arası 720 mm-lik qaz kəmərində kompensatorun quraşdırılması ilə əlaqədar dayandırılacaq.
Təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Qaçqınlar şəhərciyinin, Müşfiqabad və 28 May qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin, İsmayıllı rayonunun və Gəncə şəhərinin tam olaraq, Samux rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər lenti
0