https://sputnik.az/20230821/xn-ermenistan-terroru-pislemek-evezine-teriflemekle-mesguldur-457877777.html
XİN: Ermənistan terroru pisləmək əvəzinə tərifləməklə məşğuldur
XİN: Ermənistan terroru pisləmək əvəzinə tərifləməklə məşğuldur
Sputnik Azərbaycan
Azərbaycana qarşı ərazi iddialarından sonra erməni terror təşkilatları 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıb. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T17:57+0400
2023-08-21T17:57+0400
2023-08-21T17:57+0400
xin
azərbaycan xəbərləri
azərbaycan xin
ermənistan
terror
erməni terroru
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 21 avqust — Sputnik. "Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Terror Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı "Twitter" paylaşımında bildirib. "Bu gün biz erməni terror aktlarının günahsız qurbanlarını yad edir və xatirələrini ehtiramla anırıq. Erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Azərbaycana qarşı ərazi iddialarından sonra erməni terror təşkilatları 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıb. İctimai avtobusların, metro qatarlarının partladılması da daxil olmaqla mülki azərbaycanlılara qarşı 30-a yaxın irimiqyaslı terror aktı törədilib. Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib. Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı Soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir. Ermənistan terroru pisləmək əvəzinə terroru tərifləməklə məşğuldur. Bu yaxınlarda İrəvanda "Nemesis" terror əməliyyatına həsr olunmuş abidənin açılışı da bunun göstəricilərindən biridir. Bu cür məsuliyyətsiz addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir. Terrorizm Qurbanlarının Anılması ilə bağlı Beynəlxalq Gündə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən terrorizmdən əziyyət çəkən bir ölkə olaraq biz beynəlxalq terrorizmlə mübarizə səylərinə daha da töhfə verməyə hazırıq", - XİN paylaşımında bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin, ermənistan, terror, erməni terroru
xin, azərbaycan xin, ermənistan, terror, erməni terroru
XİN: Ermənistan terroru pisləmək əvəzinə tərifləməklə məşğuldur
Azərbaycana qarşı ərazi iddialarından sonra erməni terror təşkilatları 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıb.
BAKI, 21 avqust — Sputnik. "Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Terror Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı "Twitter" paylaşımında bildirib.
"Bu gün biz erməni terror aktlarının günahsız qurbanlarını yad edir və xatirələrini ehtiramla anırıq. Erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib.
Azərbaycana qarşı ərazi iddialarından sonra erməni terror təşkilatları 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıb. İctimai avtobusların, metro qatarlarının partladılması da daxil olmaqla mülki azərbaycanlılara qarşı 30-a yaxın irimiqyaslı terror aktı törədilib.
Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib. Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı Soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir.
Ermənistan terroru pisləmək əvəzinə terroru tərifləməklə məşğuldur. Bu yaxınlarda İrəvanda "Nemesis" terror əməliyyatına həsr olunmuş abidənin açılışı da bunun göstəricilərindən biridir. Bu cür məsuliyyətsiz addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir.
Terrorizm Qurbanlarının Anılması ilə bağlı Beynəlxalq Gündə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən terrorizmdən əziyyət çəkən bir ölkə olaraq biz beynəlxalq terrorizmlə mübarizə səylərinə daha da töhfə verməyə hazırıq", - XİN paylaşımında bildirib.