https://sputnik.az/20230821/ust-covid-19-laboratoriya-yox-tebii-menselidir-457882839.html
ÜST: "COVID-19 laboratoriya yox, təbii mənşəlidir"
ÜST: "COVID-19 laboratoriya yox, təbii mənşəlidir"
Sputnik Azərbaycan
ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T20:17+0400
2023-08-21T20:17+0400
2023-08-21T20:48+0400
səhiyyə
koronavirus
yeni tip koronavirus pandemiyası
covid-19
üst
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441556824_0:32:3072:1760_1920x0_80_0_0_9fb248161850589010cc27b175e9e519.jpg
BAKI, 21 avqust - Sputnik. COVID-19, çox güman ki, laboratoriya yox, təbii mənşəlidir.“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Ceremi Farrar “The Financial Times”a müsahibəsində bildirib.“COVID-19”un təbii mənşəli olması ehtimalı getdikcə daha da artır”, - ekspert deyib. Bununla belə, o qeyd edib ki, ÜST mütəxəssisləri koronavirusun mümkün yaranma səbəbi kimi laboratoriya yolunu – Uhan Virusologiya İnstitutundan sızmanı və infeksiyanın şəhər bazarlarında heyvan əti vasitəsilə ötürülməsini istisna etmirlər.O, Çinin bütün məlumatları paylaşmağa hazır olduğu təqdirdə koronavirusun mənşəyinin səbəblərini axtarmaq üçün ÜST-nin Çinə yeni missiyasının təşkil edilməsini təklif edib.İyul ayında məlum olub ki, ABŞ hökuməti Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsinə çıxışı dayandırıb. Bu, ABŞ hökumətində adıçəkilən elmi müəssisəs ilə bağlı təhlükəsizlik suallarının cavabsız qalması ilə izah edilib.Xatırladaq ki, ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441556824_341:0:3072:2048_1920x0_80_0_0_84b252bc34a881a0d9ca4f72580e122c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
koronavirus, yeni tip koronavirus pandemiyası, covid-19, üst
koronavirus, yeni tip koronavirus pandemiyası, covid-19, üst
ÜST: "COVID-19 laboratoriya yox, təbii mənşəlidir"
20:17 21.08.2023 (Yenilənib: 20:48 21.08.2023) ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.
BAKI, 21 avqust - Sputnik. COVID-19, çox güman ki, laboratoriya yox, təbii mənşəlidir.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Ceremi Farrar “The Financial Times”a müsahibəsində bildirib.
“COVID-19”un təbii mənşəli olması ehtimalı getdikcə daha da artır”, - ekspert deyib. Bununla belə, o qeyd edib ki, ÜST mütəxəssisləri koronavirusun mümkün yaranma səbəbi kimi laboratoriya yolunu – Uhan Virusologiya İnstitutundan sızmanı və infeksiyanın şəhər bazarlarında heyvan əti vasitəsilə ötürülməsini istisna etmirlər.
O, Çinin bütün məlumatları paylaşmağa hazır olduğu təqdirdə koronavirusun mənşəyinin səbəblərini axtarmaq üçün ÜST-nin Çinə yeni missiyasının təşkil edilməsini təklif edib.
İyul ayında məlum olub ki, ABŞ hökuməti Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsinə çıxışı dayandırıb. Bu, ABŞ hökumətində adıçəkilən elmi müəssisəs ilə bağlı təhlükəsizlik suallarının cavabsız qalması ilə izah edilib.
Xatırladaq ki, ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.