CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahın hava proqnozu açıqlandı

© AFP 2023 / GIUSEPPE CACACEBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
BAKI, 21 avqust — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0