https://sputnik.az/20230821/qanunsuz-ov-eden-sexsler-cezalandirilib-457879440.html
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Sputnik Azərbaycan
Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T19:50+0400
2023-08-21T19:50+0400
2023-08-21T19:50+0400
ov
cəmiyyət
ov
qanunsuz
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_0:0:4000:2251_1920x0_80_0_0_b743290245f2d87f8e24182d41dacfda.jpg
BAKI, 21 avqust — Sputnik. Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Kür çayının Neftçala rayonunun ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov vurğulayıb ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Bəhruz Mirzəyev, Yevlax rayon sakini Rəşid İsmayılov, Qax rayon sakini Rövşən Həmidov, Neftçala rayon sakini Vüsal Cəbrayılov və Şəmkir rayon sakini Vüqar Yaqubov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 190 metr uzunluğunda 3 ədəd sintetik tor götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən, Mingəçevir və Şəmkir su anbarlarından 650 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_451:0:4000:2662_1920x0_80_0_0_3872139715b6201ebe5906b750f8fdcf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ov, ov, qanunsuz
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 21 avqust — Sputnik. Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Kür çayının Neftçala rayonunun ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov vurğulayıb ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Bəhruz Mirzəyev, Yevlax rayon sakini Rəşid İsmayılov, Qax rayon sakini Rövşən Həmidov, Neftçala rayon sakini Vüsal Cəbrayılov və Şəmkir rayon sakini Vüqar Yaqubov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 190 metr uzunluğunda 3 ədəd sintetik tor götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən, Mingəçevir və Şəmkir su anbarlarından 650 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb.