CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN: Ötən sutka 22 nəfər xilas edilib

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
Aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 yanğına çıxış və 22 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
BAKI, 21 avqust — Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 yanğına çıxış və 22 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 22 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1-i azyaşlı olmaqla 13 nəfər xilas edilib, yanğınlar zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0