https://sputnik.az/20230821/bakida-suni-usaq-qidalari-keskin-bahalasib---bir-qutusu-111-manat---video-457850388.html
Bakıda süni uşaq qidaları kəskin bahalaşıb - bir qutusu 111 manat - Video
Bakıda süni uşaq qidaları kəskin bahalaşıb - bir qutusu 111 manat - Video
Sputnik Azərbaycan
İri supermarketlərdən bildiriblər ki, "Kabrita" süni uşaq qidasının qiyməti 83 manatdan 111 manatadək artıb. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T09:30+0400
2023-08-21T09:30+0400
2023-08-21T10:12+0400
cəmiyyət
süni
uşaq
uşaq qidası
https://cdnn1.img.sputnik.az/img/40779/90/407799001_0:87:2000:1212_1920x0_80_0_0_66a75032a661cb64c1771a96ca03bf95.jpg
BAKI, 21 avqust — Sputnik. Bakıda mağazalarda bir qutusu 111 manata süni uşaq qidası satılır. Twitterdə fotosu yayılan "Kabrita" süni uşaq qidasının 111 manata satılması sosial platformada geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Azərbaycanda minimum əməkhaqqına (345 manat) 3 qutu uşaq yeməyi almağın mümkün olduğu ilə bağlı narazılıq dolu şərhlər yazıblar. Uşaq yeməyinin qiymətində 28 manat bahalaşma Sputnik Azərbaycan süni uşaq qidalarının qiymətinin bahalaşmasının səbəblərini araşdırıb. İri supermarketlərdən bildiriblər ki, "Kabrita" süni uşaq qidasının qiyməti 83 manatdan 111 manatadək artıb. "Bravo"supermarketdən məhsulun qiymətini "Kabrita" uşaq qidasının distribütorunun bahalaşdırdığını söylədilər. Bəzi iri supermarket və apteklərdə isə sözügedən süni uşaq qidasının baha olduğu üçün daha satılmadığını söylədilər. Bildirdilər ki, bu süni uşaq qidası çox baha olduğundan alıcısı azdır. İri supermarketlərdə apardığımız müşahidə zamanı digər süni uşaq qidalarının qiymətində də bahalaşma olduğunun şahidi olduq. Satıcılar süni uşaq qidalarının qiymətinin distribütorlar tərəfindən müəyyən olunduğunu söylədilər. Bəzi mağazalarda isə "Kabrita" uşaq qidasının 109 manat 70 qəpiyə satıldığının şahidi olduq. "Panda baby" mağazasında hazırda sözügedən uşaq qidaları 109 manat 70 qəpiyə təklif olunur. Bahalaşmanın səbəbi nədir? "Kabrita" süni uşaq qidalarının Azərbaycandakı rəsmi satış nümayəndəliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, uşaq qidasının belə baha qiymətə olmasının səbəbi onun keçi südündən hazırlanması və tərkibinə palma yağı yox, kokos yağının vurulması ilə bağlıdır. Şirkət təmsilçisi qeyd edib ki, əgər ana uşağı təkcə süni uşaq qidası ilə qidalandırırsa, bu qida uşağa bir həftə üçün kifayət edər. Yox əgər uşaq ana südü ilə bərabər süni uşaq qidası qəbul edirsə, 14 gündən bir valideyn bir qutu süni uşaq qidası almalıdır. Şirkətdən hazırda sözegedən məhsulun bəzi mağazalarda endirimdə satıldığını da söylədilər. Apardığımız araşdırma zamanı məlum oldu ki, satışda pediatrların da keyfiyyətinə görə məqbul hesab etdikləri süni uşaq qidalarının qiyməti 33 manatdan ucuz deyil. Bu isə körpəsi süni uşaq qidası ilə qidalanan valideynlər üçün böyük xərc deməkdir. Keçi südü adı altında fırıldaq Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni uşaq qidalarının günü-gündən bahalaşmasının bir səbəbi də onlara olan tələbatdır. N.Quliyev deyir ki, hazırda bəzi süni uşaq qidaları şirkətləri keçi südü adı altında bahalı qidalar təklif edir. Halbuki keçi südünün ana südü ilə elə də yaxınlığı yoxdur: "Bu gün süni uşaq qidalarının klassik xammalı inək südüdür. Tibbdə keçi südü inək südündən sonra dayanır. Keçi südünün uşağın qidalanmasında daha məsləhətli olması tibbdə öz əksini tapmayıb". N.Quliyev süni uşaq qidalarından imtina etməyin anaların öz əlində olduğunu söyləyir. Bildirir ki, dünyada insandan başqa heç bir canlı öz balasını öz südü ilə qidalanmaqdan məhrum etmir: "Valideynlər bilməlidirlər ki, ana südü ilə qidalanan uşaqlar daha sağlam olur. Onlar daha az xəstələnirlər, xəstəliklərə qarşı immunitetləri yüksək olur. Heç bir ana südünün olmamasını bəhanə gətirib uşağı bu nemətdən məhrum etməməlidir. Bunu edirsə, təbiətin qanununu pozmuş olur". "Süni uşaq qidası olmadan körpə böyütmək mümkün deyil" Həkimlər analara övladlarını öz südləri ilə bəsləməyi məsləhət görsələr də, gənc analar süni uşaq qidası olmadan uşaq böyütməyin mümkünsüz olduğunu söyləyirlər. Gənc ana Telli Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o ilk övladını ilk ayda ana südü ilə qidalandırmağa çalışsa da, südü az olduğundan gecələr uşaq ac qalırmış. Həmsöhbətimiz buna görə ana südü ilə yanaşı süni uşaq qidası verməyə məcbur olduğunu söylədi. Onun sözlərinə görə, bu günlərdə dünyaya gətirdiyi ikinci övladına da öz südü ilə yanaşı süni uşaq qidası verir. O, tanıdığı yeni ana olan bütün qadınların öz övladlarına süni uşaq qidası verdiyini söyləyir. Bildirir ki, pediatrlar da ana südü ilə yanaşı süni uşaq qidası verməyi tövsiyə edilər. Əks halda körpə böyütmək mümkün deyil. Uşaq gecələr ac qaldığından ağlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40779/90/407799001_42:0:1822:1335_1920x0_80_0_0_c1c8fdb6d1b1615a352c1d8f1a24ff7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
süni, uşaq, uşaq qidası
Bakıda süni uşaq qidaları kəskin bahalaşıb - bir qutusu 111 manat - Video
09:30 21.08.2023 (Yenilənib: 10:12 21.08.2023) İri supermarketlərdən bildiriblər ki, "Kabrita" süni uşaq qidasının qiyməti 83 manatdan 111 manatadək artıb.
BAKI, 21 avqust — Sputnik. Bakıda mağazalarda bir qutusu 111 manata süni uşaq qidası satılır. Twitterdə fotosu yayılan "Kabrita" süni uşaq qidasının 111 manata satılması sosial platformada geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Azərbaycanda minimum əməkhaqqına (345 manat) 3 qutu uşaq yeməyi almağın mümkün olduğu ilə bağlı narazılıq dolu şərhlər yazıblar.
Uşaq yeməyinin qiymətində 28 manat bahalaşma
Sputnik Azərbaycan süni uşaq qidalarının qiymətinin bahalaşmasının səbəblərini araşdırıb. İri supermarketlərdən bildiriblər ki, "Kabrita" süni uşaq qidasının qiyməti 83 manatdan 111 manatadək artıb. "Bravo"supermarketdən məhsulun qiymətini "Kabrita" uşaq qidasının distribütorunun bahalaşdırdığını söylədilər. Bəzi iri supermarket və apteklərdə isə sözügedən süni uşaq qidasının baha olduğu üçün daha satılmadığını söylədilər. Bildirdilər ki, bu süni uşaq qidası çox baha olduğundan alıcısı azdır.
İri supermarketlərdə apardığımız müşahidə zamanı digər süni uşaq qidalarının qiymətində də bahalaşma olduğunun şahidi olduq. Satıcılar süni uşaq qidalarının qiymətinin distribütorlar tərəfindən müəyyən olunduğunu söylədilər. Bəzi mağazalarda isə "Kabrita" uşaq qidasının 109 manat 70 qəpiyə satıldığının şahidi olduq. "Panda baby" mağazasında hazırda sözügedən uşaq qidaları 109 manat 70 qəpiyə təklif olunur.
Bahalaşmanın səbəbi nədir?
"Kabrita" süni uşaq qidalarının Azərbaycandakı rəsmi satış nümayəndəliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, uşaq qidasının belə baha qiymətə olmasının səbəbi onun keçi südündən hazırlanması və tərkibinə palma yağı yox, kokos yağının vurulması ilə bağlıdır. Şirkət təmsilçisi qeyd edib ki, əgər ana uşağı təkcə süni uşaq qidası ilə qidalandırırsa, bu qida uşağa bir həftə üçün kifayət edər. Yox əgər uşaq ana südü ilə bərabər süni uşaq qidası qəbul edirsə, 14 gündən bir valideyn bir qutu süni uşaq qidası almalıdır.
Şirkətdən hazırda sözegedən məhsulun bəzi mağazalarda endirimdə satıldığını da söylədilər. Apardığımız araşdırma zamanı məlum oldu ki, satışda pediatrların da keyfiyyətinə görə məqbul hesab etdikləri süni uşaq qidalarının qiyməti 33 manatdan ucuz deyil. Bu isə körpəsi süni uşaq qidası ilə qidalanan valideynlər üçün böyük xərc deməkdir.
Keçi südü adı altında fırıldaq
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni uşaq qidalarının günü-gündən bahalaşmasının bir səbəbi də onlara olan tələbatdır. N.Quliyev deyir ki, hazırda bəzi süni uşaq qidaları şirkətləri keçi südü adı altında bahalı qidalar təklif edir. Halbuki keçi südünün ana südü ilə elə də yaxınlığı yoxdur: "Bu gün süni uşaq qidalarının klassik xammalı inək südüdür. Tibbdə keçi südü inək südündən sonra dayanır. Keçi südünün uşağın qidalanmasında daha məsləhətli olması tibbdə öz əksini tapmayıb".
N.Quliyev süni uşaq qidalarından imtina etməyin anaların öz əlində olduğunu söyləyir. Bildirir ki, dünyada insandan başqa heç bir canlı öz balasını öz südü ilə qidalanmaqdan məhrum etmir: "Valideynlər bilməlidirlər ki, ana südü ilə qidalanan uşaqlar daha sağlam olur. Onlar daha az xəstələnirlər, xəstəliklərə qarşı immunitetləri yüksək olur. Heç bir ana südünün olmamasını bəhanə gətirib uşağı bu nemətdən məhrum etməməlidir. Bunu edirsə, təbiətin qanununu pozmuş olur".
"Süni uşaq qidası olmadan körpə böyütmək mümkün deyil"
Həkimlər analara övladlarını öz südləri ilə bəsləməyi məsləhət görsələr də, gənc analar süni uşaq qidası olmadan uşaq böyütməyin mümkünsüz olduğunu söyləyirlər. Gənc ana Telli Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o ilk övladını ilk ayda ana südü ilə qidalandırmağa çalışsa da, südü az olduğundan gecələr uşaq ac qalırmış. Həmsöhbətimiz buna görə ana südü ilə yanaşı süni uşaq qidası verməyə məcbur olduğunu söylədi.
Onun sözlərinə görə, bu günlərdə dünyaya gətirdiyi ikinci övladına da öz südü ilə yanaşı süni uşaq qidası verir. O, tanıdığı yeni ana olan bütün qadınların öz övladlarına süni uşaq qidası verdiyini söyləyir. Bildirir ki, pediatrlar da ana südü ilə yanaşı süni uşaq qidası verməyi tövsiyə edilər. Əks halda körpə böyütmək mümkün deyil. Uşaq gecələr ac qaldığından ağlayır.