CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə uçmaq istəyənlərə müraciət edib

© Photo : AZALAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb.
BAKI, 21 avqust — Sputnik. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq bu şəhərlər arasında səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri öncədən əldə edilməsi tövsiyə olunur.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sərnişinlərə müraciətində bildirilir.
"Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq, aviaşirkət sərnişinlərə ən yaxşı uçuş vaxtını təmin etmək və mümkün narahatlığın qarşısını almaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.
AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.
Əlavə suallar yarandığı təqdirdə sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - deyə müraciətdə qeyd olunub.
Xəbər lenti
0