https://sputnik.az/20230821/abs-prezidenti-cozef-bayden-oglunun-mehkemesinde-sahidlik-edecek-457853010.html
ABŞ prezidenti Cozef Bayden oğlunun məhkəməsində şahidlik edəcək
ABŞ prezidenti Cozef Bayden oğlunun məhkəməsində şahidlik edəcək
Sputnik Azərbaycan
Vəkil bildirib ki, ABŞ Ədliyyə Nazirliyi prezidentin oğluna qarşı ittiham irəli sürərsə, o zaman onun vəkilləri Ağ Ev rəhbərini şahid qismində çağıracaqlar. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T08:33+0400
2023-08-21T08:33+0400
2023-08-21T08:33+0400
abş prezidenti cozef bayden
co bayden
dünya xəbərləri
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456383013_0:160:3072:1888_1920x0_80_0_0_6740508bddbde19bb707e67dfb7b9593.jpg
BAKI, 21 avqust - Sputnik. Hanter Baydenin vəkili Kristofer Klark bildirib ki, müvəkkilinin atası ABŞ prezidenti Cozef Bayden oğluna qarşı mümkün məhkəmə prosesində müdafiə şahidi olacaq.Bu barədə “Politico” nəşri məlumat yayıb.Onun sözlərinə görə, 2022-ci ildə Hanter Baydenə qarşı aparılan istintaqla bağlı mediada yayılan məlumatlar “qanunsuz sızma”dır. Vəkil hesab edir ki, ABŞ Ədliyyə Nazirliyi prezidentin oğluna ittiham irəli sürərsə, o zaman onun vəkilləri Ağ Ev rəhbərini şahid qismində çağıracaqlar.“Prezident Bayden, şübhəsiz ki, istənilən cinayət məhkəməsində müdafiə şahidi olacaq”.Xatırladaq ki, Hanter ABŞ-da vəzifə başında olan prezidentin ittiham olunan ilk övladı kimi tarixə düşüb. Belə ki, kiçik Bayden iki "qəsdən vergidən yayınma" maddəsi ilə ittiham olunur. Rəsmi məlumatlara görə, o, 2017 və 2018-ci illərdə 100 min dollardan çox vergi borcunu ödəməyib. Ona görə də, hər iki epizodun hər biri üzrə onu 12 ay həbs cəzası gözləyir. Kiçik Baydenə 2018-ci ildə də ayrıca ittiham irəli sürülüb. O, qanunsuz şəkildə narkotik vasitələrdən istifadə etdiyini bilə-bilə "Kolt" tapançasına sahib olub. Bu da öz növbəsində qanunu pozur və maksimum on il həbs cəzası nəzərdə tutur.Hanter Bayden vergidən yayınma ittihamları ilə bağlı istintaqla sövdələşmə əldə edib. Həmçinin qanunsuz silah saxlama işində məhkəməyə qədər tədbirlər görməyə razılıq verib. Hanter şərtlərə əməl edərsə, zamanla ittiham onun üzərindən götürülə bilər. Bayden bununla bağlı öhdəliklərə imza atıb və narkotikdən əl çəkmək üçün reabilitasiya proqramına qoşulub. ABŞ prezidenti Co Bayden oğlu Hanterə qarşı aparılan istintaqı şərh etməkdən imtina edib. Bayden Yaponiya və Cənubi Koreya liderləri ilə keçirilən sammitdən sonra keçirilən mətbuat konfransında deyib: "Davam edən təhqiqatla bağlı heç bir şərh yoxdur, bu, Ədliyyə Nazirliyinin işidir”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456383013_171:0:2902:2048_1920x0_80_0_0_e8ccd7cdfe8c8082925468bf4f73e85d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş prezidenti cozef bayden, co bayden, məhkəmə
abş prezidenti cozef bayden, co bayden, məhkəmə
ABŞ prezidenti Cozef Bayden oğlunun məhkəməsində şahidlik edəcək
Vəkil bildirib ki, ABŞ Ədliyyə Nazirliyi prezidentin oğluna qarşı ittiham irəli sürərsə, o zaman onun vəkilləri Ağ Ev rəhbərini şahid qismində çağıracaqlar.
BAKI, 21 avqust - Sputnik. Hanter Baydenin vəkili Kristofer Klark bildirib ki, müvəkkilinin atası ABŞ prezidenti Cozef Bayden oğluna qarşı mümkün məhkəmə prosesində müdafiə şahidi olacaq.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Hanter Baydenə qarşı aparılan istintaqla bağlı mediada yayılan məlumatlar “qanunsuz sızma”dır. Vəkil hesab edir ki, ABŞ Ədliyyə Nazirliyi prezidentin oğluna ittiham irəli sürərsə, o zaman onun vəkilləri Ağ Ev rəhbərini şahid qismində çağıracaqlar.
“Prezident Bayden, şübhəsiz ki, istənilən cinayət məhkəməsində müdafiə şahidi olacaq”.
Xatırladaq ki, Hanter ABŞ-da vəzifə başında olan prezidentin ittiham olunan ilk övladı kimi tarixə düşüb. Belə ki, kiçik Bayden iki "qəsdən vergidən yayınma" maddəsi ilə ittiham olunur. Rəsmi məlumatlara görə, o, 2017 və 2018-ci illərdə 100 min dollardan çox vergi borcunu ödəməyib. Ona görə də, hər iki epizodun hər biri üzrə onu 12 ay həbs cəzası gözləyir.
Kiçik Baydenə 2018-ci ildə də ayrıca ittiham irəli sürülüb. O, qanunsuz şəkildə narkotik vasitələrdən istifadə etdiyini bilə-bilə "Kolt" tapançasına sahib olub. Bu da öz növbəsində qanunu pozur və maksimum on il həbs cəzası nəzərdə tutur.
Hanter Bayden vergidən yayınma ittihamları ilə bağlı istintaqla sövdələşmə əldə edib. Həmçinin qanunsuz silah saxlama işində məhkəməyə qədər tədbirlər görməyə razılıq verib.
Hanter şərtlərə əməl edərsə, zamanla ittiham onun üzərindən götürülə bilər. Bayden bununla bağlı öhdəliklərə imza atıb və narkotikdən əl çəkmək üçün reabilitasiya proqramına qoşulub.
ABŞ prezidenti Co Bayden oğlu Hanterə qarşı aparılan istintaqı şərh etməkdən imtina edib. Bayden Yaponiya və Cənubi Koreya liderləri ilə keçirilən sammitdən sonra keçirilən mətbuat konfransında deyib: "Davam edən təhqiqatla bağlı heç bir şərh yoxdur, bu, Ədliyyə Nazirliyinin işidir”.