Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəmkirdə fəhlələr qəzaya düşüb, yaralananlar var

© Photo : REPORTKürdəmirdə mikroavtobus "KamAZ"a çırpılıb
Kürdəmirdə mikroavtobus KamAZa çırpılıb - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 20 avqust - Sputnik. Şəmkirdə mikroavtobus maneə çırpılıb, xəsarət alanlar var.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.
“QAZel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər - 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir. Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyacan keçirib. Ona da ambulator yardım göstərilib.
Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0