Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев и премьер-министр Венгрии Виктор Орбан выступили с заявлениями для прессы
Президент Азербайджана Ильхам Алиев и премьер-министр Венгрии Виктор Орбан выступили с заявлениями для прессы - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb.
BAKI, 20 avqust - Sputnik. Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycana səfərə dəvət edib.
Liderlərin görüşü Budapeştdə baş tutub.
Dəvət minnətdarlıqla qəbul olunub.
Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilib, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Xəbər lenti
0