https://sputnik.az/20230820/macaristan-turkiye-ile-qaz-alisina-dair-muqavile-imzalayib-457852034.html
Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb
Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb
Sputnik Azərbaycan
Ərdoğan və Orban mühüm saziş imzaladı
2023-08-20T19:00+0400
2023-08-20T19:00+0400
2023-08-20T22:32+0400
viktor orban
türkiyə
dünya xəbərləri
nato
macarıstan
budapeşt
ərdoğan
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195397_0:0:3072:1728_1920x0_80_0_0_399dfcc94791e984fa2b47ce18a1ccd8.jpg
BAKI, 20 avqust - Sputnik. Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb.Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekununda bildirib.Onun sözlərinə görə, Budapeştdə Baş nazir Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq.“Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzərində işi başa çatdırmışıq. Bu müqaviləyə əsasən gələn ilin yaz-yay aylarında Türkiyədən 275 milyon kubmetr təbii qaz alacağıq”.Nazir həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub.O əlavə edib ki, Ərdoğan dekabrın 18-də yenidən Budapeştə səfər edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195397_341:0:3072:2048_1920x0_80_0_0_ddeeaaea8adbd5c400033cfcc7f00610.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan orban türkiyə macarıstan avropa mühüm saziş
ərdoğan orban türkiyə macarıstan avropa mühüm saziş
Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb
19:00 20.08.2023 (Yenilənib: 22:32 20.08.2023) Orban və Ərdoğan həmçinin Ukraynadakı münaqişə, İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsini müzakirə ediblər.
BAKI, 20 avqust - Sputnik. Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekununda bildirib.
Onun sözlərinə görə, Budapeştdə Baş nazir Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq.
“Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzərində işi başa çatdırmışıq. Bu müqaviləyə əsasən gələn ilin yaz-yay aylarında Türkiyədən 275 milyon kubmetr təbii qaz alacağıq”.
Nazir həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub.
O əlavə edib ki, Ərdoğan dekabrın 18-də yenidən Budapeştə səfər edəcək.