https://sputnik.az/20230820/derman-bazarinda-yenilik---daha-apteklerde-dermanlar-eyni-qiymete-satilmayacaq-457753601.html
Dərman bazarında yenilik - daha apteklərdə dərmanlar eyni qiymətə satılmayacaq!
Dərman bazarında yenilik - daha apteklərdə dərmanlar eyni qiymətə satılmayacaq!
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, qanuna dəyişiklik nəticəsində dərmanlar apteklərdə fərqli qiymətlərə və daha ucuz satılacaq. 20.08.2023, Sputnik Azərbaycan
2023-08-20T13:23+0400
2023-08-20T13:23+0400
2023-08-20T10:12+0400
dərman
səhiyyə
müşfiq məmmədli
vüqar bayramov
dəyişiklik
tarif
tarif şurası
dərman vasitələri
dərman vasitəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_0:0:3072:1728_1920x0_80_0_0_323caa8b3ddf4499553eff0a3902908e.jpg
BAKI, 20 avqust — Sputnik. "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər dərman bazarında rəqabəti artıracaq. Dərmanların qeydiyyatını, idxalını asanlaşdıracaq. Həmçinin dərmanların qiymətinin tənzimlənməsində yeni yanaşma tətbiq ediləcək. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli prezident İlham Əliyevin dünən təsdiqlədiyi"Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri şərh edərkən bildirib. Qanuna dəyişiklik dərman bazarında nəyi dəyişəcək? O, qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklik dərman bazarında indiyə qədər olan bir sıra çatışmazlıqları və problemləri aradan qaldıracaq. Deputatın sözlərinə görə, əvvəlki qanunvericilik aktlarında dərman preparatlarının konkret qiyməti müəyyənləşdirilirdi. Bu isə dünya bazarında gedən proseslər nəticəsində dərmanların qiymətində olan bahalaşma və ucuzlaşma zamanı çevik reaksiyaların verilməsini ləngidirdi. Bəzi dərman preparatlarının qiyməti bazar qiymətlərinə uyğun olmadığından, idxalçı şirkətlər həmin dərmanları ölkəmizə idxal edə bilmirdi. Bu isə ölkəmizdə həmin dərman preparatlarının qıtlığına səbəb olurdu. Yaxud da dünya bazarında bəzi dərmanların qiyməti aşağı düşdükdə Azərbaycanda qiyməti dərhal aşağı salmaq, çevik reaksiya vermək mümkün olmurdu. Bu da idxalçı şirkətlərin dünya bazarında dərmanın qiyməti ucuzlaşdığı halda Azərbaycanda onu baha sataraq fantastik məbləğdə gəlir əldə etməsinə səbəb olurdu. Millət vəkili bildirib ki, yeni dəyişikliyə əsasən müvafiq dövlət qurumu tərəfindən (Tarif Şurası) dərman preparatlarının qiymətinin yuxarı həddi müəyyən olunacaq. Aşağı hədlərdə isə satışa heç bir məhdudiyyət olmayacaq. Bu isə idxalçı şirkətlərin dərmanları aşağı qiymətə sata bilməsinə imkan yaradacaq. Nəticədə dərman bazarında rəqabət mühiti yaranacaq. "Bu çox mühüm məsələdir. İdxalçı şirkətlər beləcə daha ucuz preparatları gətirərək satmaqda maraqlı olacaqlar" - deputat əlavə edib. Dərmanların qiyməti ucuzlaşacaq! M.Məmmədlinin sözlərinə görə, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikdə daha bir yenilik dərman preparatlarının dövriyyəsinə nəzarətin elektron formaya salınmasıdır. Elektron reseptin tətbiqi xəstəyə yazılan dərmanların elektron formada izlənməsinə imkan yaradacaq. Bu da gələcəkdə müalicə prosesində həkimin pasiyentə yazacağı dərmanların dozalarının hansı həddə müəyyən olunmasına və sair məsələlərə kömək edəcək. Həmsöhbətimizin fikrincə, ümumi götürdükdə dərman bazarında qeydiyyatın və idxalın asanlaşması şirkətlərin işini yüngülləşdirəcək, bu da dərman bazarında rəqabət mühitinin yaranmasına səbəb olacaq: "Gömrük prosedurlarının sadələşdirilməsi, dərmanların idxalını asanlaşdıracaq. Nəticədə dərmanların qiyməti ucuzlaşacaq". Onun sözlərinə görə, ölkəmizdə dərman istehsalının stimullaşdırılması daxili bazarda müəyyən şirkətlərin yaranmasına, dərmanların qiymətinin daha ucuzlaşmasına rəvac verəcək. Yaxın iki-üç il ərzində dərman bazarında müsbətə doğru xeyli dəyişiklikləri müşahidə edə biləcəyik. Azərbaycanda qeydiyyatdan keçməyən dərmanları xaricdən alıb gətirmək mümkün olacaq M.Məmmədli ilə söhbət əsnasında onu da öyrəndik ki, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklə, xəstələr inkişaf etmiş ölkələrdə müalicə prosesində effekt verən, amma Azərbaycanda qeydiyyatdan keçməyən dərmanları alıb istifadə edə biləcəklər: "Azərbaycanda satılan dərman preparatlarının hər birinə müvafiq icra orqanı tərəfindən icazə verilməlidir. Yeni dəyişikliklə, ölkəmizdə qeydiyyatdan keçməyən, amma dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən dərman preparatlarının müalicə prosesində zəruriət yarandıqda Azərbaycana gətirilməsinə imkan veriləcək. Belə ki, əgər hər hansı dərman preparatının xarici ölkədə müəyyən xəstəliyin müalicəsində effektiv olması sübut edilibsə, onun istifadəsinə əks göstəriş yoxdursa, pasiyent həkimin yazdığı resept əsasında öz istifadəsi həcmində o dərmanı xarici ölkədən alıb gətirə bilər. Bu da insanların müalicəsini öz ölkəsində aparmasına imkan yaradacaq". M.Məmmədli deyir ki, Azərbaycanda dərman istehsalı müəssisələrinin yaranması gələcəkdə ölkəmizdə dərman bazarı üçün müsbət dəyişikliklər vəd edir. Daha keyfiyyətli dərmanlar satışa çıxarılacaq Millət vəkili Vüqar Bayramov da hesab edir ki, qanuna edilən dəyişikliyin məqsədi bütövlükdə bu sahədəki vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıyır:"Ötən illərə nəzər salsaq, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirildiyini görərik. Bu, həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu. İndi məqsəd bu sahədəki vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq. Dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar təbii ki, qiymətə də təsir edəcək. Bir sıra dərman məhsullarının real qiymətləri də ucuzlaşa bilər". V.Bayramov əlavə edib ki, ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək. Xatırladaq ki, Prezident İlham Əliyev "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Həmin dəyişikliklərlə Azərbaycanda dərmanların beynəlxalq qeydiyyatının tanınmasına dair qayda müəyyənləşib. Daha bir dəyişikliklə qanunda qeyd olunan hal istisna olmaqla reseptdə dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin yazılması qadağandır. Resept xəstənin elektron sağlamlıq kartına onun FİN-i vasitəsilə inteqrasiya olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi qanuna uyğun olaraq ölkəyə gətirilə bilər. Reseptdə düzəlişin edilməsinə zərurət yarandıqda həmin resept elektron sistemdə nüsxəsi saxlanılmaqla ləğv edilir və yeni resept yazılır. Dəyişikliklə qanunda nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_341:0:3072:2048_1920x0_80_0_0_aa5f87bf0ed4197aad68a70cc67075e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dərman, müşfiq məmmədli, vüqar bayramov, dəyişiklik, tarif, tarif şurası, dərman vasitələri, dərman vasitəsi
dərman, müşfiq məmmədli, vüqar bayramov, dəyişiklik, tarif, tarif şurası, dərman vasitələri, dərman vasitəsi
Dərman bazarında yenilik - daha apteklərdə dərmanlar eyni qiymətə satılmayacaq!
Deputatın sözlərinə görə, qanuna dəyişiklik nəticəsində dərmanlar apteklərdə fərqli qiymətlərə və daha ucuz satılacaq.
BAKI, 20 avqust — Sputnik. "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər dərman bazarında rəqabəti artıracaq. Dərmanların qeydiyyatını, idxalını asanlaşdıracaq. Həmçinin dərmanların qiymətinin tənzimlənməsində yeni yanaşma tətbiq ediləcək. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli prezident İlham Əliyevin dünən təsdiqlədiyi"Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri şərh edərkən bildirib.
Qanuna dəyişiklik dərman bazarında nəyi dəyişəcək?
O, qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklik dərman bazarında indiyə qədər olan bir sıra çatışmazlıqları və problemləri aradan qaldıracaq.
Deputatın sözlərinə görə, əvvəlki qanunvericilik aktlarında dərman preparatlarının konkret qiyməti müəyyənləşdirilirdi. Bu isə dünya bazarında gedən proseslər nəticəsində dərmanların qiymətində olan bahalaşma və ucuzlaşma zamanı çevik reaksiyaların verilməsini ləngidirdi. Bəzi dərman preparatlarının qiyməti bazar qiymətlərinə uyğun olmadığından, idxalçı şirkətlər həmin dərmanları ölkəmizə idxal edə bilmirdi. Bu isə ölkəmizdə həmin dərman preparatlarının qıtlığına səbəb olurdu. Yaxud da dünya bazarında bəzi dərmanların qiyməti aşağı düşdükdə Azərbaycanda qiyməti dərhal aşağı salmaq, çevik reaksiya vermək mümkün olmurdu. Bu da idxalçı şirkətlərin dünya bazarında dərmanın qiyməti ucuzlaşdığı halda Azərbaycanda onu baha sataraq fantastik məbləğdə gəlir əldə etməsinə səbəb olurdu.
Millət vəkili bildirib ki, yeni dəyişikliyə əsasən müvafiq dövlət qurumu tərəfindən (Tarif Şurası) dərman preparatlarının qiymətinin yuxarı həddi müəyyən olunacaq. Aşağı hədlərdə isə satışa heç bir məhdudiyyət olmayacaq. Bu isə idxalçı şirkətlərin dərmanları aşağı qiymətə sata bilməsinə imkan yaradacaq. Nəticədə dərman bazarında rəqabət mühiti yaranacaq.
"Bu çox mühüm məsələdir. İdxalçı şirkətlər beləcə daha ucuz preparatları gətirərək satmaqda maraqlı olacaqlar" - deputat əlavə edib.
Dərmanların qiyməti ucuzlaşacaq!
M.Məmmədlinin sözlərinə görə, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikdə daha bir yenilik dərman preparatlarının dövriyyəsinə nəzarətin elektron formaya salınmasıdır. Elektron reseptin tətbiqi xəstəyə yazılan dərmanların elektron formada izlənməsinə imkan yaradacaq. Bu da gələcəkdə müalicə prosesində həkimin pasiyentə yazacağı dərmanların dozalarının hansı həddə müəyyən olunmasına və sair məsələlərə kömək edəcək.
Həmsöhbətimizin fikrincə, ümumi götürdükdə dərman bazarında qeydiyyatın və idxalın asanlaşması şirkətlərin işini yüngülləşdirəcək, bu da dərman bazarında rəqabət mühitinin yaranmasına səbəb olacaq: "Gömrük prosedurlarının sadələşdirilməsi, dərmanların idxalını asanlaşdıracaq. Nəticədə dərmanların qiyməti ucuzlaşacaq".
Onun sözlərinə görə, ölkəmizdə dərman istehsalının stimullaşdırılması daxili bazarda müəyyən şirkətlərin yaranmasına, dərmanların qiymətinin daha ucuzlaşmasına rəvac verəcək. Yaxın iki-üç il ərzində dərman bazarında müsbətə doğru xeyli dəyişiklikləri müşahidə edə biləcəyik.
Azərbaycanda qeydiyyatdan keçməyən dərmanları xaricdən alıb gətirmək mümkün olacaq
M.Məmmədli ilə söhbət əsnasında onu da öyrəndik ki, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklə, xəstələr inkişaf etmiş ölkələrdə müalicə prosesində effekt verən, amma Azərbaycanda qeydiyyatdan keçməyən dərmanları alıb istifadə edə biləcəklər:
"Azərbaycanda satılan dərman preparatlarının hər birinə müvafiq icra orqanı tərəfindən icazə verilməlidir. Yeni dəyişikliklə, ölkəmizdə qeydiyyatdan keçməyən, amma dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən dərman preparatlarının müalicə prosesində zəruriət yarandıqda Azərbaycana gətirilməsinə imkan veriləcək. Belə ki, əgər hər hansı dərman preparatının xarici ölkədə müəyyən xəstəliyin müalicəsində effektiv olması sübut edilibsə, onun istifadəsinə əks göstəriş yoxdursa, pasiyent həkimin yazdığı resept əsasında öz istifadəsi həcmində o dərmanı xarici ölkədən alıb gətirə bilər. Bu da insanların müalicəsini öz ölkəsində aparmasına imkan yaradacaq".
M.Məmmədli deyir ki, Azərbaycanda dərman istehsalı müəssisələrinin yaranması gələcəkdə ölkəmizdə dərman bazarı üçün müsbət dəyişikliklər vəd edir.
Daha keyfiyyətli dərmanlar satışa çıxarılacaq
Millət vəkili Vüqar Bayramov da hesab edir ki, qanuna edilən dəyişikliyin məqsədi bütövlükdə bu sahədəki vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıyır:
"Ötən illərə nəzər salsaq, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirildiyini görərik. Bu, həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu. İndi məqsəd bu sahədəki vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq. Dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar təbii ki, qiymətə də təsir edəcək. Bir sıra dərman məhsullarının real qiymətləri də ucuzlaşa bilər".
V.Bayramov əlavə edib ki, ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Həmin dəyişikliklərlə Azərbaycanda dərmanların beynəlxalq qeydiyyatının tanınmasına dair qayda müəyyənləşib. Daha bir dəyişikliklə qanunda qeyd olunan hal istisna olmaqla reseptdə dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin yazılması qadağandır. Resept xəstənin elektron sağlamlıq kartına onun FİN-i vasitəsilə inteqrasiya olunur.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi qanuna uyğun olaraq ölkəyə gətirilə bilər. Reseptdə düzəlişin edilməsinə zərurət yarandıqda həmin resept elektron sistemdə nüsxəsi saxlanılmaqla ləğv edilir və yeni resept yazılır.
Dəyişikliklə qanunda nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.