DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Montrö konvensiyalarına ciddi şəkildə riayət edir - Ərdoğanın sözçüsü

© Photo : JETS Contract at NASA-JSC / Texas State University / Justin WilkinsonBosfor boğazına yuxarıdan nəzər, arxiv
Bosfor boğazına yuxarıdan nəzər, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2023
Abunə olmaq
Türkiyə prezidentinin nümayəndəsi tərəflərdən birinin adıçəkilən konvensiyanı poxacağı təqdirdə Türkiyənin müdaxilə etməli olacağını və atılmış addımlardan sonra hazırkı vəziyyətin yarandığını dilə gətirib.
BAKI, 19 avqust - Sputnik. Türkiyə Qara dəniz boğazlarında gəmiçilik qaydalarını tənzimləyən Montrö Konvensiyasına ciddi şəkildə əməl edir. TASS xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç məlumat verib.
Onbun sözlərinə görə, Türkiyə hesab edir ki, adıçəkilən konvensiyanın pozulması Qara dəniz hövzəsində təhlükəsizlik riskləri yarada bilər.

“Montrö Konvensiyasının pozulması [Ukrayna böhranı başlayandan sonra] risklərl yarada bilərdi. Tərəflərdən biri Montrönü tanımadığını bəyan etsə, Türkiyə müdaxilə etməli olacaqdı. Biz ciddi riskə getdik və apardığımız balanslaşdırılmış siyasət sayəsində indiki vəziyyətə gəldik”, - deyə Kılıç CNN Türk-ün efirində bildirib.

Türkiyə hakimiyyəti daha əvvəl Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan sonra Qara dənizə bir dənə də hərbi gəmi buraxmadıqlarını bəyan etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0