https://sputnik.az/20230819/randa-hebs-olunmus-naxcivan-sakinleri-serbest-buraxilib-457836389.html
İranda həbs olunmuş Naxçıvan sakinləri sərbəst buraxılıb
İranda həbs olunmuş Naxçıvan sakinləri sərbəst buraxılıb
Sputnik Azərbaycan
Xatırladaq ki, mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunmuşdular. 19.08.2023, Sputnik Azərbaycan
2023-08-19T20:55+0400
2023-08-19T20:55+0400
2023-08-19T20:55+0400
azərbaycan xəbərləri
naxçıvan
iran
həbs
https://cdnn1.img.sputnik.az/img/40367/83/403678384_0:0:2490:1401_1920x0_80_0_0_e603ee97b4539e60a95844e913155e81.jpg
BAKI, 19 avqust - Sputnik. Bu ilin mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidov sərbəst buraxılıblar. Sputnik AzərbaycanAPA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, həmyerlilərimiz ötən gün 5 ay saxlanıldıqları həbsxanadan buraxılıb və onlar Vətənə qayıdıblar. Qeyd edək ki, mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunmuşdular. Əvvəlcə Poldaş şəhərində həbs olunan Vüsal və Rövşən daha sonra Maku şəhərinə aparılaraq orda İran təhlükəsizlik orqanlarının zindanında saxlanılıblar. İyul ayında isə onlar məhkəmə üçün Xok şəhərinə gətiriliblər.Məhkəmənin qərarı ilə Vüsala 4 ay, Rövşənə isə 6 ay həbs verilib. Dörd aylıq həbs müddəti bitdiyinə görə sərbəst buraxılmalı olan Vüsal Quliyev və Rövşən Seyidov məhkəmədən sonra İran təhlükəsizlik orqanları tərəfindən yenidən həbs olunmuşdular. Onu da xatırladaq ki, İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli iki il müddətinə azadlıqdan məhrum edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40367/83/403678384_0:0:2490:1869_1920x0_80_0_0_4b74c85cb73411c44aea68a50a66257f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, iran, həbs
İranda həbs olunmuş Naxçıvan sakinləri sərbəst buraxılıb
Xatırladaq ki, mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunmuşdular.
BAKI, 19 avqust - Sputnik. Bu ilin mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidov sərbəst buraxılıblar.
Sputnik AzərbaycanAPA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, həmyerlilərimiz ötən gün 5 ay saxlanıldıqları həbsxanadan buraxılıb və onlar Vətənə qayıdıblar.
Qeyd edək ki, mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunmuşdular. Əvvəlcə Poldaş şəhərində həbs olunan Vüsal və Rövşən daha sonra Maku şəhərinə aparılaraq orda İran təhlükəsizlik orqanlarının zindanında saxlanılıblar. İyul ayında isə onlar məhkəmə üçün Xok şəhərinə gətiriliblər.
Məhkəmənin qərarı ilə Vüsala 4 ay, Rövşənə isə 6 ay həbs verilib. Dörd aylıq həbs müddəti bitdiyinə görə sərbəst buraxılmalı olan Vüsal Quliyev və Rövşən Seyidov məhkəmədən sonra İran təhlükəsizlik orqanları tərəfindən yenidən həbs olunmuşdular.
Onu da xatırladaq ki, İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli iki il müddətinə azadlıqdan məhrum edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.