https://sputnik.az/20230819/qerb-qafqazda-sulhe-deyil-rusiya-ile-munasibetleri-aydinlasdirmaga-calisir--deputat--457829737.html
Qərb Qafqazda sülhə deyil, Rusiya ilə münasibətləri aydınlaşdırmağa çalışır -Deputat
Qərb Qafqazda sülhə deyil, Rusiya ilə münasibətləri aydınlaşdırmağa çalışır -Deputat
Sputnik Azərbaycan
Millət vəkili bildirir ki, Fransa açıq şəkildə Azərbaycan ərazisində separatizmi dəstəkyir, atdığı addımlarla regionun sülh və təhlükəsizlik imkanlarını ciddi... 19.08.2023, Sputnik Azərbaycan
2023-08-19T11:56+0400
2023-08-19T11:56+0400
2023-08-19T11:56+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
millət vəkili
qərb
cənubi qafqaz
sülh
rusiya
qətnamə
bmt
ai
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0f/457725857_0:0:923:520_1920x0_80_0_0_7cd617e2f146e1dfbeed361c1af80ffc.jpg
BAKI, 19 avqust — Sputnik. Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin bəyanatına münasibət bildirərkən deyib ki, kənardan qəbul etdirilən sxemlər Bakı ilə İrəvan arasında dialoqu əvəz edə bilməz.Rəsmi İrəvanın beynəlxalq müstəvidə regionda baş verənlərlə bağlı çaşdırıcı elementlərdən istifadəsi hələlik bir nəticə vermir. Ermənistanın Azərbaycanın dəfələrlə təklif etdiyi birbaşa dialoq çağırışlarından yayınmaq cəhdlərinin isə ümumi prosesə mənfi təsirini göstərməsi hər kəsə bəllidir. Müxtəlif platformalarda aparılan danışıqlar və qəbul edilən bəyanatlara baxmayaraq, Ermənistan sülh prosesini yubatmaq üçün bütün mümkün imkanlardan istifadə edir. Paşinyan hakimiyyəti nizamlanma prosesi üçün beynəlxalq missiyanın regiona gəlməsinə çalışır. Regionda isə gərginlik günbəgün artır. Şərti sərhəd xəttində və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdən Azərbaycan ordusu atəşə tutulur. Bütün bunlar yeni hərbi eskalasiyanın baş verəcəyi ehtimallarını gücləndirir. Bəs xarici elementlərin regiona cəlb edilməsi kimin maraqlarına cavab verir? Sputnik Azərbaycan mövzu ilə millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib. Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistanın davranışları regiona bu coğrafiyadan uzaqda yerləşən güclərin müdaxilə imkanlarının artırılmasına hesablanıb:Millət vəkili bununla bağlı konkret Fransanın adını çəkib. O, qeyd edib ki, Fransa açıq şəkildə Azərbaycan ərazisində separatizmi dəstəkyir: "Belə olan halda Fransa regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hansı rolu oynaya bilər. Əksinə Fransa atdığı addımlarla regionun sülh və təhlükəsizlik imkanlarını ciddi şəkildə məhdudlaşdırır". Elşad Mirbəşiroğlu Ermənistanın istəyi ilə avqustun 11-də BMT TŞ-nin iclasının keçirilməsinə də toxunub:"Avqustun 16-da bu iclas baş tutdu. Ermənistan istəyirdi ki, Azərbaycana qarşı qərəzli siyasi mövqe formalaşdırsın, amma Azərbaycan tərəfi BMT TŞ-nin bu müzakirəsini obyektiv həqiqətlərin çatdırılması üçün bir platforma kimi uğurla istifadə etdi. Ermənistan fiasko ilə üzləşdi". "Qərbin və Paşinyanın iştirakı ilə razılıq əldə olunur ki, Ağdam-Xankəndi yolunu istifadə etmək olar, amma Aİ-nin xarici siyasət xidmətinin rəhbəri bəyan edir ki, Ağdam-Xankəndi yolu alternativ yol ola bilməz. Bu qədər qeyri-obyektiv, qərəzli yanaşma aydın göstərir ki, məqsəd heç də Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin olunması deyil. Bu həm də onların öz mövcudluqlarını təmin edərək, Rusiya ilə münasibətləri aydınlaşdırmaq cəhdidir. Yəni özlərinin geosiyasi ambisiyalarını təmin etmək üçün maraq zonası yaratmağa çalışırlar. Biz görmüşük ki, müxtəlif coğrafiyalarda bu cür yanaşma həmin coğrafiyanın sakinləri üçün ciddi problemlər yaradıb", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0f/457725857_0:0:923:692_1920x0_80_0_0_68bc6b28ccecbdfeb9a0916114bfc9c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
millət vəkili, qərb, cənubi qafqaz, sülh, rusiya, qətnamə, bmt, ai
millət vəkili, qərb, cənubi qafqaz, sülh, rusiya, qətnamə, bmt, ai
Qərb Qafqazda sülhə deyil, Rusiya ilə münasibətləri aydınlaşdırmağa çalışır -Deputat
Millət vəkili bildirir ki, Fransa açıq şəkildə Azərbaycan ərazisində separatizmi dəstəkyir, atdığı addımlarla regionun sülh və təhlükəsizlik imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
BAKI, 19 avqust — Sputnik. Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin bəyanatına münasibət bildirərkən deyib ki, kənardan qəbul etdirilən sxemlər Bakı ilə İrəvan arasında dialoqu əvəz edə bilməz.
Rəsmi İrəvanın beynəlxalq müstəvidə regionda baş verənlərlə bağlı çaşdırıcı elementlərdən istifadəsi hələlik bir nəticə vermir. Ermənistanın Azərbaycanın dəfələrlə təklif etdiyi birbaşa dialoq çağırışlarından yayınmaq cəhdlərinin isə ümumi prosesə mənfi təsirini göstərməsi hər kəsə bəllidir. Müxtəlif platformalarda aparılan danışıqlar və qəbul edilən bəyanatlara baxmayaraq, Ermənistan sülh prosesini yubatmaq üçün bütün mümkün imkanlardan istifadə edir. Paşinyan hakimiyyəti nizamlanma prosesi üçün beynəlxalq missiyanın regiona gəlməsinə çalışır. Regionda isə gərginlik günbəgün artır. Şərti sərhəd xəttində və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdən Azərbaycan ordusu atəşə tutulur. Bütün bunlar yeni hərbi eskalasiyanın baş verəcəyi ehtimallarını gücləndirir.
Bəs xarici elementlərin regiona cəlb edilməsi kimin maraqlarına cavab verir?
Sputnik Azərbaycan mövzu ilə millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistanın davranışları regiona bu coğrafiyadan uzaqda yerləşən güclərin müdaxilə imkanlarının artırılmasına hesablanıb:
"Həm Ermənistan, həm də Azərbaycan ərazisində yaşayan ermənilərin davranışlarının kənardan gələn təlimatlar əsasında formalaşdığını görməkdəyik. Bunu bir neçə arqument üzərindən əsaslandırmaq olar. Məsələn, Ermənistan ərazisində yerləşən Aİ-nin mülki missiyası əsasən Ermənistan ordusunun təxribat törədəcəyi istiqamətlərdə mövqelənib. Bir neçə gün əvvəl həmin Aİ missiyası Azərbaycan tərəfinin atəş açması iddiası ilə çıxış etmişdi, ancaq sonradan bunu təkzib etməli oldu. Ermənistanın hərbi qüvvələrinin mövqelərində mülki missiyanın nə işi var? Azərbaycan Ermənistanın Laçın yolu istiqamətində texnikalar cəmləşdirdiyini bildirəndə mülki missiya bunu dərhal təkzib edir. Həqiqətən də, Cənubi Qafqaz regionuna birbaşa aidiyyəti olmayan ölkələrin proseslərə konstruktiv elementlər qatacağı inandırıcı deyil. Biz həmişə bunun tam fərqli tərəflərini görmüşük və Cənubi Qafqaz regionunda hansısa geosiyasi ambisiyaların həyata keçirilməsi istiqamətində atılan addımlar region üçün problem yaradır, təhdidlər əmələ gətirir".
Millət vəkili bununla bağlı konkret Fransanın adını çəkib. O, qeyd edib ki, Fransa açıq şəkildə Azərbaycan ərazisində separatizmi dəstəkyir:
"Belə olan halda Fransa regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hansı rolu oynaya bilər. Əksinə Fransa atdığı addımlarla regionun sülh və təhlükəsizlik imkanlarını ciddi şəkildə məhdudlaşdırır".
Elşad Mirbəşiroğlu Ermənistanın istəyi ilə avqustun 11-də BMT TŞ-nin iclasının keçirilməsinə də toxunub:
"Avqustun 16-da bu iclas baş tutdu. Ermənistan istəyirdi ki, Azərbaycana qarşı qərəzli siyasi mövqe formalaşdırsın, amma Azərbaycan tərəfi BMT TŞ-nin bu müzakirəsini obyektiv həqiqətlərin çatdırılması üçün bir platforma kimi uğurla istifadə etdi. Ermənistan fiasko ilə üzləşdi".
"Necə ola bilər ki, BMT TŞ 1993-cü ildə Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, amma bu qətnamələrin icrasına 30 il ərzində Ermənistan tərəfindən etinasız yanaşılmasını müzakirə etməyib. Laçın yolu ətrafındakı siyasi spekulyasiyalarda Qərb demək olar ki, kollektiv şəkildə iştirak etməkdədir", - deyə millət vəkili vurğulayıb.
"Qərbin və Paşinyanın iştirakı ilə razılıq əldə olunur ki, Ağdam-Xankəndi yolunu istifadə etmək olar, amma Aİ-nin xarici siyasət xidmətinin rəhbəri bəyan edir ki, Ağdam-Xankəndi yolu alternativ yol ola bilməz. Bu qədər qeyri-obyektiv, qərəzli yanaşma aydın göstərir ki, məqsəd heç də Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin olunması deyil. Bu həm də onların öz mövcudluqlarını təmin edərək, Rusiya ilə münasibətləri aydınlaşdırmaq cəhdidir. Yəni özlərinin geosiyasi ambisiyalarını təmin etmək üçün maraq zonası yaratmağa çalışırlar. Biz görmüşük ki, müxtəlif coğrafiyalarda bu cür yanaşma həmin coğrafiyanın sakinləri üçün ciddi problemlər yaradıb", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.