CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən gün dənizdə çimərkən batma təhlükəsi olan iki nəfər xilas edilib - FHN

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN əməkdaşları, arxiv
FHN əməkdaşları, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2023
Abunə olmaq
Ötən sutka ərzində FHN əməkdaşları 79 halda yanğınla mübarizəyə çıxıblar.
BAKI, 19 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 79 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə nazirliyin məlumatında bildirilir.
Qeyd olunur ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan iki nəfər xilas olunub.
Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı dörd nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0