https://sputnik.az/20230819/kanadada-yangin-dehseti-yasanir---ehaliye-texliye-emri-verilib-457832055.html
Kanadada yanğın dəhşəti yaşanır - Əhaliyə təxliyə əmri verilib
Kanadada yanğın dəhşəti yaşanır - Əhaliyə təxliyə əmri verilib
Sputnik Azərbaycan
Bu il Kanadada 1067 meşə yanğını baş verib və ölkədə 21 min kvadrat kilometr ərazi yanıb. 19.08.2023, Sputnik Azərbaycan
2023-08-19T14:04+0400
2023-08-19T14:04+0400
2023-08-19T14:04+0400
dünya xəbərləri
yanğın
kanada
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427615464_0:0:1024:577_1920x0_80_0_0_31559dce5995fc63aee0b044bb93c759.jpg
BAKI, 19 avqust - Sputnik. Kanadada yanğınlar son 24 saatda sürətlə yayılaraq yanğın miqyasını daha da genişlədib. Kanadanın Britaniya Kolumbiyası əyalətində tüğyan edən yanğın səbəbindən təxminən 15 min adam təxliyyə edilib.Sputnik Azərbaycan-ın dünya mediasına istinadən xəbərinə görə, sürətli yanğına görə bu gecə əyalət daxilində fövqəladə vəziyyət elan edilib. Kelouna hava limanında uçuşlar dayandırılıb. Britaniya Kolumbiyası Fövqəladə Hallar İdarəsinin rəhbəri Bovin Ma bölgədəki 20 min insan üçün təxliyə xəbərdarlığı edildiyini və vəziyyət sürətlə inkişaf edən kimi sakinlərin əşyalarını yığıb evlərini tərk etməyə səsləyib.Kanadanın Şimal-Qərb Əraziləri əyalətində də meşə yanğınları davam edir. Yanğın paytaxt Yello Nayfa də yaxınlaşır.Təxliyələr üzündən demək olar ki, şəhərdə heç kim qalmayıb. Ştat rəsmiləri qeyd ediblər ki, 48 saatdan az müddətdə təxminən 19 min nəfər təxliyə edilib, cəmi 2600 sakin qalıb.Avqustun 16-na olan məlumata görə, Kanadada bu il 1067 meşə yanğını baş verib və ölkədə 21 min kvadrat kilometr ərazi yanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427615464_0:0:1024:768_1920x0_80_0_0_d3511a702ded225e17cf2e5a56288286.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yanğın, kanada
Kanadada yanğın dəhşəti yaşanır - Əhaliyə təxliyə əmri verilib
Bu il Kanadada 1067 meşə yanğını baş verib və ölkədə 21 min kvadrat kilometr ərazi yanıb.
BAKI, 19 avqust - Sputnik. Kanadada yanğınlar son 24 saatda sürətlə yayılaraq yanğın miqyasını daha da genişlədib. Kanadanın Britaniya Kolumbiyası əyalətində tüğyan edən yanğın səbəbindən təxminən 15 min adam təxliyyə edilib.
Sputnik Azərbaycan-ın dünya mediasına istinadən xəbərinə görə, sürətli yanğına görə bu gecə əyalət daxilində fövqəladə vəziyyət elan edilib. Kelouna hava limanında uçuşlar dayandırılıb.
Britaniya Kolumbiyası Fövqəladə Hallar İdarəsinin rəhbəri Bovin Ma bölgədəki 20 min insan üçün təxliyə xəbərdarlığı edildiyini və vəziyyət sürətlə inkişaf edən kimi sakinlərin əşyalarını yığıb evlərini tərk etməyə səsləyib.
Kanadanın Şimal-Qərb Əraziləri əyalətində də meşə yanğınları davam edir. Yanğın paytaxt Yello Nayfa də yaxınlaşır.
Təxliyələr üzündən demək olar ki, şəhərdə heç kim qalmayıb. Ştat rəsmiləri qeyd ediblər ki, 48 saatdan az müddətdə təxminən 19 min nəfər təxliyə edilib, cəmi 2600 sakin qalıb.
Avqustun 16-na olan məlumata görə, Kanadada bu il 1067 meşə yanğını baş verib və ölkədə 21 min kvadrat kilometr ərazi yanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.