https://sputnik.az/20230819/dunyani-fotolarin-yaddasina-kocuren-insanlarin-gunu-445177432.html
Dünyanı fotolarda yaddaşlara köçürən insanların günüdür
Dünyanı fotolarda yaddaşlara köçürən insanların günüdür
Sputnik Azərbaycan
Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə... 19.08.2023, Sputnik Azərbaycan
2023-08-19T12:10+0400
2023-08-19T12:10+0400
2023-08-19T12:11+0400
fotoqraf
mədəniyyət
gün
şəkil
şəkillər
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426232686_0:0:3071:1728_1920x0_80_0_0_96005ecdc544bdd7e7616d92b8ad1736.jpg
BAKI, 19 avqust — Sputnik. Bu gün Dünya Fotoqrafiya Günüdür. Həmin təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır.Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday# həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.Məlumat üçün bildirək ki, fotoqrafiyanın ilk tarixi görünüşü ağ-qara fotoqrafiya olub. Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsində sonralar diplomat olmuş rus kimyaçısı A.P.Bestujev-Ryumin (1693-1766) və alman tibb alimi, cərrah İ.H.Şultsun (1687-1744) böyük xidmətləri olub.1725-ci ildə Bestujev-Ryumin Günəş işığında müxtəlif duz tərkibli məhlulların rəngini dəyişdiyini aşkara çıxarıb. İki il sonra isə alman alimi İohann Henrix Şults brom duzunun işığa olan həssaslığını sübuta yetirib. 1727-ci ildə İohann Henrix Şults gümüş duzlarının işığa tutulanda dəyişikliyə məruz qalmasının səbəbinin işıq olduğunu açıqlayıb.1777-ci ildə Karl Vilhelm Şults mavi və bənövşəyi şüaların qırmızı şüalardan daha təsirli olduğunu sübut edib. 1780-ci ildə Con Kaspar Lavater Silüet aparatını ixtira edib.XIX əsrin birinci yarısında dünyanın müxtəlif ölkələrindən alimlərin bu sahədə səylə çalışması bəhrəsini verib. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Yozef Nisefor Niyepsi (1765-1833), Lui-Jak Mande Daqer (1787-1851) və ingilis Uilyam Foks Henri Talbot (1800-1877) görüblər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşüblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426232686_0:0:2729:2047_1920x0_80_0_0_113624ee9096f1ae851b3567f83ff149.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fotoqraf, gün, şəkil, şəkillər
fotoqraf, gün, şəkil, şəkillər
Dünyanı fotolarda yaddaşlara köçürən insanların günüdür
12:10 19.08.2023 (Yenilənib: 12:11 19.08.2023) Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.
BAKI, 19 avqust — Sputnik. Bu gün Dünya Fotoqrafiya Günüdür. Həmin təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır.
Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday# həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.
Məlumat üçün bildirək ki, fotoqrafiyanın ilk tarixi görünüşü ağ-qara fotoqrafiya olub. Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsində sonralar diplomat olmuş rus kimyaçısı A.P.Bestujev-Ryumin (1693-1766) və alman tibb alimi, cərrah İ.H.Şultsun (1687-1744) böyük xidmətləri olub.
1725-ci ildə Bestujev-Ryumin Günəş işığında müxtəlif duz tərkibli məhlulların rəngini dəyişdiyini aşkara çıxarıb. İki il sonra isə alman alimi İohann Henrix Şults brom duzunun işığa olan həssaslığını sübuta yetirib. 1727-ci ildə İohann Henrix Şults gümüş duzlarının işığa tutulanda dəyişikliyə məruz qalmasının səbəbinin işıq olduğunu açıqlayıb.
1777-ci ildə Karl Vilhelm Şults mavi və bənövşəyi şüaların qırmızı şüalardan daha təsirli olduğunu sübut edib. 1780-ci ildə Con Kaspar Lavater Silüet aparatını ixtira edib.
XIX əsrin birinci yarısında dünyanın müxtəlif ölkələrindən alimlərin bu sahədə səylə çalışması bəhrəsini verib. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Yozef Nisefor Niyepsi (1765-1833), Lui-Jak Mande Daqer (1787-1851) və ingilis Uilyam Foks Henri Talbot (1800-1877) görüblər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.