DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Böyük Britaniyada tibb bacısı iş növbəsi zamanı yeni doğulmuş körpələri öldürüb

© AFP 2024 / SERGEI SUPINSKYkörpə
körpə - Sputnik Azərbaycan, 1920, 19.08.2023
Abunə olmaq
Axtarışlar zamanı Letbinin çantasında “Onları qəsdən öldürdüm, çünki onlara baxacaq qədər yaxşı insan deyiləm, “Heç vaxt övladım olmayacaq və heç vaxt evlənməyəcəyəm. Ailə qurmağın necə bir şey olduğunu heç vaxt bilməyəcəm” kimi qeydlər aşkarlanıb.
BAKI, 19 avqust - Sputnik. Böyük Britaniya xəstəxanalarından birində işləyən Lusi Letbi adlı tibb bacısı iş növbəsi zamanı yeni doğulmuş körpələri öldürüb.
Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadən məlumatına görə, o, yeddi körpəni öldürməyi bacarıb və daha altı körpəni öldürməyə cəhd edib.Beləcə, onun adı ölkə tarixinə ən çox körpə öldürən qatil kimi düşüb.
Otuz üç yaşlı tibb bacısı 2015-ci ilin iyunundan 2016-cı ilin iyun ayına kimi qrafinya Çester xəstəxanasında işləyib. Lusi körpələrə şprislə hava vurub, həddindən artıq qidalandırıb, bədənə borular soxub və insulinlə zəhərləyib. Onun iki qurbanı 24 saat fərqlə öldürülən üçəmlərdən iki qardaş olub.
O, çəkisi 1 kq-dan az olan körpəni də öldürüb. Yeni doğulmuş bir qızı yalnız dördüncü cəhddə öldürə bildiyini etiraf edib. Lusi üç dəfə başqa bir qızı öldürməyə çalışıb, lakin uşaq sağ qala bilib. Hazırda onun qurbanı olan uşağın onun 8 yaşı var və ağır dərəcəli əlillik dərəcəsindədir.
Eyni xəstəxanadan olan doktor Stefan Breari bildirib ki, Letbinin qəribə davranışını hələ 2015-ci ilin oktyabrında görüb və bu barədə xəstəxana rəhbərliyinə məlumat verib. Amma onun dedikləri nəzərə alnmayıb və heç bir tədbir görülməyib. Oktyabr ayından bəri Lusi daha beş körpəni öldürməyə cəhd edib və onlardan ikisini də öldürə bilib.
Letbi yalnız 2016-cı ilin yayında işdən çıxarılıb. Bir il sonra həkimlər polisə müraciət ediblər, bundan sonra Lusi həbs edilib. Doktor Breari hesab edir ki, xəstəxana rəhbərliyi tibb bacısına qarşı irəli sürülən ittihamları vaxtında araşdırmayıb və həkimləri susdurmağa çalışıb.
Axtarışlar zamanı Letbinin çantasında qeydlər tapılıb:
“Onları qəsdən öldürdüm, çünki onlara baxacaq qədər yaxşı insan deyiləm, “mən qəddaram bunu etdim” və “Heç vaxt övladım olmayacaq və heç vaxt evlənməyəcəyəm. Ailə qurmağın necə bir şey olduğunu heç vaxt bilməyəcəm”.
Ümumilikdə, Lusiyə 22 ittiham irəli sürülüb, o, özünü təqsirli bilməyib. Məhkəmə onu yeddi yeni doğulmuş uşağın qətlində və daha altı uşağın qətlinə cəhddə təqsirli bilib. Prokurorluq daha dörd körpənin işinə yenidən baxılması ilə bağlı qərar verib. Mançester Məhkəməsi Letbiyə avqustun 21-də hökm çıxaracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0