DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Apple" şirkətindən "iPhone" istifadəçilərinə xəbərdarlıq!

© Depositphotos.com / Prykhodov"iPhone", arxiv
iPhone, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2023
Abunə olmaq
Şirkət orijinal olmayan enerji ötürən cihazların istifadəsinin yanğına səbəb ola biləcəyinə diqqət çəkib.
BAKI, 19 avqust - Sputnik. “Apple" rəsmi saytında "iPhone" sahiblərinə xəbərdarlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, şirkət xəbərdarlığında "iPhone" sahiblərinə mobil telefon enerji yığarkən telefonu bədənə, yastığın altına və ya yorğana qoymamağı tövsiyə edib. Xəbərdarlıqda o da bildirilib ki, "iPhone" telefonuna enerjini qutusuz və yaxşı havalandırılan yerlərdə doldurmağa çalışın.

"Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik şoku, şəxsi xəsarət və ya "iPhone" və ya digər əmlakın zədələnməsi ilə nəticələnə bilər", - deyə xəbərdarlıqda bildirilib.

Həmçinin orijinal olmayan enerji ötürən cihazlarının istifadəsi yanğına səbəb ola biləcəyi vurğulanıb.
Mesajda bildirilib ki, bu cür aksesuarlar "Apple" təhlükəsizlik standartlarına cavab vermədiyi üçün təhlükəyə yol aça bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0