DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Qara dəniz taxıl dəhlizinə alternativ olmadığını bəyan edib

© AP PhotoУрожай пшеницы, фото из архива
Урожай пшеницы, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
Taxıl dəhlizinin istismarı zamanı bu dəhlizlə 33 milyon tondan çox taxıl daşınıb. Ankara taxıl sazişinə əvvəlki formatda qayıtmağın tərəfdarıdır.
BAKI, 18 avqust — Sputnik. Ukraynadan taxıl ixracı üçün kənd təsərrüfatı məhsullarının daşınması həcmi və təhlükəsizlik səviyyəsi baxımından Qara dəniz təşəbbüsü çərçivəsində fəaliyyət göstərən taxıl dəhlizi ilə müqayisə edilə bilən yeni marşrutların təşkili praktiki olaraq mümkün deyil.
Bunu "TASS" informasiya agentliyinə Türkiyədəki diplomatik mənbə bildirib.
Qeyd edilib ki, taxıl dəhlizinin istismarı zamanı bu dəhlizlə 33 milyon tondan çox taxıl daşınıb. Bununla belə, heç bir təhlükəsizlik problemi müəyyən edilməyib. Agentliyin həmsöhbətinin sözlərinə görə, taxıl dəhlizinə alternativin yaradılması məntiqli deyil.
"Mövcud problemləri həll etməliyik. Bu halda Rusiyanın tələblərini ödəməliyik və İstanbul Birgə Koordinasiya Mərkəzinin hər an işə başlamağa hazır olduğunu nəzərə alaraq dəhlizdə yaşıl işıq yenidən yanacaq", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, Ankara taxıl sazişinə əvvəlki formatda qayıtmağın tərəfdarıdır.
Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildiriblər ki, ölkə hakimiyyəti Qara dəniz təşəbbüsünə alternativləri nəzərdən keçirmir.
Xəbər lenti
0