https://sputnik.az/20230818/tkin-dusmus-sexslerin-defn-yerleri-barede-melumatlar-ermenistan-terefdedir-457819401.html
Kütləvi məzarlıqlarda I Qarabağ savaşında itkin düşən 500-ədək şəxsin qalıqları tapılıb
Kütləvi məzarlıqlarda I Qarabağ savaşında itkin düşən 500-ədək şəxsin qalıqları tapılıb
Sputnik Azərbaycan
Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyan 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi... 18.08.2023, Sputnik Azərbaycan
2023-08-18T17:04+0400
2023-08-18T17:04+0400
2023-08-19T01:45+0400
ermənistan
azərbaycan xəbərləri
itkin düşənlər
itkin düşən
https://cdnn1.img.sputnik.az/img/07e7/06/03/455556574_0:194:501:476_1920x0_80_0_0_f0e7355f405f2e9233fbcfe6c486c184.jpg
BAKI, 18 avqust — Sputnik. Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarış proseslərinə başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, 2020-ci ilin noyabr ayından bəri işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri nəticəsində aşkar edilmiş kütləvi məzarlıqlarda Şuşa rayonu Daşaltı kəndi ərazisində 28 şəxsə, Xocavənd rayonu Edilli kəndi ərazisində 27 şəxsə, Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi ərazisində 9 şəxsə, Ağdam rayonu Sarıcalı kəndi ərazisində 6 şəxsə və digər ərazilərdə ümumilikdə 500-ə yaxın insan meyit qalıqları tapılaraq götürülüb və həmin meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə Məhkəmə Tibbi Ekspertiza ilə yanaşı 300-ə yaxın DNT ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov isə deyib ki, itkin düşən şəxslərdən kiminsə sağ qalması barədə məlumat yoxdur: "Güman edirik ki, onların hamısı ermənilər tərəfindən qətlə yetirilib". Onun sözlərinə görə, Şuşa həbsxanası ərazisində aşkarlanan 31 nəfərin aqibəti də bunun sübutudur: "Bir sözlə, istintaqda sağ qalması ilə bağlı məlumat yoxdur". "Biz dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə qarşı tərəfə müraciət etmişik və rəsmi cavab almışıq. Rəsmi cavabda hazırda Ermənistanda I və ya II Qarabağ müharibəsi zamanı əsir götürülmüş hərbçi və ya mülki şəxs olmadığı vurğulanıb"."İtkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar Ermənistan tərəfdədir""Bu gün biz atılmış bütün bu addımların nəticəsini artıq görməyə başlamışıq. Artıq 15 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsinə nail olunub. Düzdür, bu dörd minə yaxın itkinin olmasına rəğmən kiçik rəqəmdir. Ancaq bu başlanğıcdır. 15 nəfərdən iki nəfəri artıq dəfn edilib. Digərləri isə yaxın zamanlarda ailələrinə təhvil veriləcək" - İsmayıl Axundov əlavə edib.Onun sözlərinə görə, bu şəxslərdən 7 nəfər 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində ( Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Mikayılov Baba Balakişi oğlu), 4 nəfər 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfər isə 1993-cü ildə Füzuli rayonunda itkin düşüblər. Eyniləşdirilənlərdən 11-i hərbçi, 4-ü mülki şəxslərdir. İsmayıl Axundov qeyd edib ki, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar daha çox Ermənistan tərəfdədir. O bildirib ki, Ermənistan parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyan 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bunu bir daha təsdiq edir: "Həmin müsahibədə Qaqik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiyini bildirib. Məsələ ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə rəsmi müraciət edilsə də, cavab alınmayıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/03/455556574_0:147:501:523_1920x0_80_0_0_7956e36e166f97d16313ff8450d28701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, itkin düşənlər, itkin düşən
ermənistan, itkin düşənlər, itkin düşən
Kütləvi məzarlıqlarda I Qarabağ savaşında itkin düşən 500-ədək şəxsin qalıqları tapılıb
17:04 18.08.2023 (Yenilənib: 01:45 19.08.2023) Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyan 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bunu bir daha təsdiq edir.
BAKI, 18 avqust — Sputnik. Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarış proseslərinə başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, 2020-ci ilin noyabr ayından bəri işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri nəticəsində aşkar edilmiş kütləvi məzarlıqlarda Şuşa rayonu Daşaltı kəndi ərazisində 28 şəxsə, Xocavənd rayonu Edilli kəndi ərazisində 27 şəxsə, Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi ərazisində 9 şəxsə, Ağdam rayonu Sarıcalı kəndi ərazisində 6 şəxsə və digər ərazilərdə ümumilikdə 500-ə yaxın insan meyit qalıqları tapılaraq götürülüb və həmin meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə Məhkəmə Tibbi Ekspertiza ilə yanaşı 300-ə yaxın DNT ekspertizası təyin edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov isə deyib ki, itkin düşən şəxslərdən kiminsə sağ qalması barədə məlumat yoxdur: "Güman edirik ki, onların hamısı ermənilər tərəfindən qətlə yetirilib".
Onun sözlərinə görə, Şuşa həbsxanası ərazisində aşkarlanan 31 nəfərin aqibəti də bunun sübutudur: "Bir sözlə, istintaqda sağ qalması ilə bağlı məlumat yoxdur". "Biz dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə qarşı tərəfə müraciət etmişik və rəsmi cavab almışıq. Rəsmi cavabda hazırda Ermənistanda I və ya II Qarabağ müharibəsi zamanı əsir götürülmüş hərbçi və ya mülki şəxs olmadığı vurğulanıb".
"İtkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar Ermənistan tərəfdədir"
"Bu gün biz atılmış bütün bu addımların nəticəsini artıq görməyə başlamışıq. Artıq 15 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsinə nail olunub. Düzdür, bu dörd minə yaxın itkinin olmasına rəğmən kiçik rəqəmdir. Ancaq bu başlanğıcdır. 15 nəfərdən iki nəfəri artıq dəfn edilib. Digərləri isə yaxın zamanlarda ailələrinə təhvil veriləcək" - İsmayıl Axundov əlavə edib.
Onun sözlərinə görə, bu şəxslərdən 7 nəfər 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində ( Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Mikayılov Baba Balakişi oğlu), 4 nəfər 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfər isə 1993-cü ildə Füzuli rayonunda itkin düşüblər. Eyniləşdirilənlərdən 11-i hərbçi, 4-ü mülki şəxslərdir.
İsmayıl Axundov qeyd edib ki, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar daha çox Ermənistan tərəfdədir.
O bildirib ki, Ermənistan parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyan 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bunu bir daha təsdiq edir:
"Həmin müsahibədə Qaqik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiyini bildirib. Məsələ ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə rəsmi müraciət edilsə də, cavab alınmayıb".