https://sputnik.az/20230818/sekide-dehsetli-qeza-bir-ailenin-ucu-azyasli-olmaqla-dord-uzvu-olub--457825196.html
Şəkidəki dəhşətli qəzada ata və onun üç azyaşlı övladı ölüb - Qəzanın görüntüsü
Şəkidəki dəhşətli qəzada ata və onun üç azyaşlı övladı ölüb - Qəzanın görüntüsü
Sputnik Azərbaycan
Şəkidə ailə faciəsi: Üş uşaq və ataları qəzada öldü
2023-08-18T21:40+0400
2023-08-18T21:40+0400
2023-08-19T01:48+0400
hadisə
şəki
yol qəzası
https://cdnn1.img.sputnik.az/img/07e6/09/04/445688780_1:0:1000:562_1920x0_80_0_0_08dcaab6a774e2436d4db2aa4975bc95.jpg
BAKI, 18 avqust - Sputnik. Şəkidə baş verən qəzada ölən şəxslər bir ailənin üzvləridir.Qəzaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Nicat Mirzəyevin və onun övladlarının (şəxsiyyəti hələ dəqiqləşdirməyib) meyitləri aidiyyati üzrə təhvil verilib.Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sərnişin (qəza zamanı ölən uşaqların anası) FHN-nin Şəki Rayon DYMH-nin xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.***Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki şəhəri, Köbər Zəyzid kəndində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.21:05Şəkidə avtomobil ağaca çırpılıb, dörd nəfər ölüb.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 19:00 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/04/445688780_126:0:875:562_1920x0_80_0_0_ffe8bb411d779cc1edad29466f9bcca3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəkidə ailə faciəsi şəkidə bir ailənin dörd üzvü öldü
şəkidə ailə faciəsi şəkidə bir ailənin dörd üzvü öldü
Şəkidəki dəhşətli qəzada ata və onun üç azyaşlı övladı ölüb - Qəzanın görüntüsü
21:40 18.08.2023 (Yenilənib: 01:48 19.08.2023) Qəzaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Nicat Mirzəyevin və onun övladlarının meyitləri aidiyyati üzrə təhvil verilib.
BAKI, 18 avqust - Sputnik. Şəkidə baş verən qəzada ölən şəxslər bir ailənin üzvləridir.
Qəzaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Nicat Mirzəyevin və onun övladlarının (şəxsiyyəti hələ dəqiqləşdirməyib) meyitləri aidiyyati üzrə təhvil verilib.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sərnişin (qəza zamanı ölən uşaqların anası) FHN-nin Şəki Rayon DYMH-nin xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki şəhəri, Köbər Zəyzid kəndində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şəkidə avtomobil ağaca çırpılıb, dörd nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 19:00 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.