Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb artıq yorulub. Ukraynanı məğlubiyyətə hazırlayırlar

© AP Photo / Kateryna Klochkousq
usq - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
Ukraynanın XİN rəhbəri bildirib ki, Ukraynanın isə ərazi bütövlüyünün bərpasına və təhlükəsizlik təminatına ehtiyacı var. Moskva ilkin şərt olmadan, lakin "reallıqları nəzərə alaraq" danışıqlara hazırdır.
BAKI, 18 avqust — Sputnik, Mixail Katkov. Qərb mediası gələn ilin sonuna qədər Kiyevin ABŞ və Avropa İttifaqının (Aİ) hərbi dəstəyindən məhrum ola biləcəyini yazır. Nəticədə hərbi əməliyyatların intensivliyini azaltmaq və Rusiya ilə danışıqlar aparmaq haqqında ciddi düşünmək lazım gələcək. Bunun nəyə səbəb olacağı haqqında daha ətraflı RİA Novosti-nin materialında.
Artıq masa arxasına əyləşmək vaxtıdır
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba etiraf edib ki, qarşıdan gələn payız çox çətin olacaq, çünki müttəfiqlər arasında Moskva ilə dialoqa çağırışlar getdikcə daha da güclənir, Qlobal Cənubun nümayəndələrini isə Kiyevi birmənalı dəstəkləməyə inandırmaq mümkün deyil.
Eyni zamanda, nazir danışıqların gec-tez olacağı ilə razılaşıb. Çox güman ki, vasitəçi vasitəsilə. Bildiyiniz kimi, ötən ilin payızında Ukrayna hakimiyyəti Moskva ilə qanunvericilik səviyyəsində hər hansı bir siyasi əlaqəyə qadağa qoyub. Amma vəziyyət dəyişir.
Kuleba bildirib ki, əlbəttə ki, Kiyev ərazilərin sülhə dəyişdirilməsi imkanını qəzəblə rədd edir. Bunu təklif edənlər yalnız bizneslərini daha tez bərpa etmək barədə düşünürlər. Ukraynanın isə ərazi bütövlüyünün bərpasına və təhlükəsizlik təminatına ehtiyacı var.
Moskva ilkin şərt olmadan, lakin "reallıqları nəzərə alaraq" danışıqlara hazırdır. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin sözlərinə görə, Vaşinqton heç vaxt Kiyevin bundan qəti şəkildə imtina etməsini təkid etməyib.
Pullar bitib
Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks hücumu, Zelenskinin komandasının vəd etdiyi kimi sürətli olmayıb və müvəffəqiyyət qazana bilməyib, əksinə ləng və faciəvi olub. Bu, Qərbi məyus edib. İndi Aİ və ABŞ-da Ukraynanın verilən resusrslardan düzgün istifadə etmədiyinə görə pul və silahl göndərilməsinin davam edib-etməməyəcəyi müzakirə edilir.
Olaf Şolts münaqişənin diplomatik yolla həllinə ümid etdiyini bildirib. Eyni zamanda o, Səudiyyə Ərəbistanında 40 ölkənin Moskva ilə Kiyev arasındakı qarşıdurmanın müzakirə edildiyi görüşü də xatırladıb. Almaniya kansleri bu forumu Rusiyaya təzyiq elementi kimi təqdim etməyə çalışsa da, Ukraynanın istəyinə nail olmadığı aydındır: Qlobal Cənub hələ də Qərbə qoşulmayıb.
Almaniyanın "Bild" nəşri xəbərdarlıq edir: USQ uğur qazanmasa, Rusiya artıq əks-hücum əməliyyatına keçəcək. Müttəfiqlər qarşısında sual yaranacaq: bəlkə hərbi əməliyyatları dayandırmaq daha yaxşıdır? "Die Welt" qəzeti də eyni mövqeyi bölüşür.
Ukrayna ilə ABŞ arasında da hər şey yolunda deyil. Ağ Ev Konqresdən Kiyevə hərbi yardım göndərmək üçün təcili 13 milyard dollar istəyib. Pul sentyabrın 30-dək lazımdır. Lakin Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar tərəddüd edirlər. Əksəriyyət münaqişəni mümkün qədər tez bitirmək üçün silah tədarükünü artırmağa yox, azaltmağa çağıran Donald Trampın mövqeyinə meyllidir.
"CNN"in məlumatına görə, amerikalıların 55%-i hesab edir ki, Konqres Ağ Evin tələbini rədd etməlidir. Lakin 48%-i əksinə, hərbi yardımın artırılmasının tərəfdarıdır.
Kiyevin vəkili kimi Polşa Prezidenti Anjey Duda çıxış edib. Ancaq bu çıxış son dərəcə uğursuz olub. "The Washington Post" yazır ki, o, silah tədarükünə ehtiyacı belə əsaslandırıb: Ukrayna əsgərlərinin həyatı amerikalı əsgərlərin həyatından daha ucuzdur.
Vaxt çatıb
Ukraynalı politoloq Vadim Karasyov hesab edir ki, Kiyev hakimiyyəti İstanbul sazişi ilə razılaşmalı idi.

"Nəhayət, Kuleba danışıqları xatırlayıb. Heç vaxt olmamaqdansa gec olması daha yaxşıdır. NATO Ukraynaya aviasiya olmadan əks-hücuma keçməyi təklif edib, ona görə də indi Rusiyanın cavab zərbəsini gözləmək lazımdır. 2022-ci ilin aprelin əvvəlində Araxamiya prezidentin ofisi ətrafında gəzib və rusiyalılarla razılaşdığına görə şampan açmağı təklif edib. Lakin sonra Bayden və Consonun təzyiqi ilə Moskvanı hərbi məğlubiyyətə uğratmaq qərarına gəliblər", - deyə o, yerli mediadan birinə müsahibəsində deyib.

Rusiyalı ekspertlər hesab edirlər ki, hələlik Kiyevin təklifləri Moskva üçün aktual deyil. Siyasi analitik Rodion Miroşnikin fikrincə, çətin payızdan danışan Kuleba ilk növbədə özünü və hakim elitanın digər üzvlərini nəzərdə tutur.
© AP Photo / Evgeniy MaloletkaUkraynalı yaralılar, arxiv
ВСУ - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Ukraynalı yaralılar, arxiv

"Şəxsən onlar üçün Qərb ölkələrinin gözündə Ukraynanın statusundakı istənilən dəyişiklik faciədir. Kuleba, Reznikov, Zelenski və başqaları Rusiya ilə silahlı qarşıdurmadan başqa heç bir şəraitdə hökmranlıq edə bilməyəcəklər. Eyni zamanda, əks-hücumun uğursuzluğundan sonra ABŞ və Avropa İttifaqının onlara qarşı soyuq münasibəti ortaya çıxıb", - ekspert RİA Novosti-yə müsahibəsində bildirib.

Rusiya hökuməti yanında Maliyyə Akademiyasının eksperti Denis Denisov da onunla həmfikirdir. Onun sözlərinə görə, Ukraynada Moskva ilə dialoqun zəruriliyi ilə bağlı müzakirələr tezliklə başlayacaq.
"Hər kəs başa düşür ki, alternativ yoxdur", - deyə analitik qeyd edir.
Lakin hərbi əməliyyatların bitməsinə hələ çox var. Bundan əlavə, təxribat və terror aktlarının dayandırılması çox vaxt aparacaq. Yalnız bundan sonra tərəflər atəşkəsi müzakirə etməyə başlayacaqlar. Mükəmməl sülh haqqında danışmağa ümumiyyətlə ehtiyac yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0