https://sputnik.az/20230818/qatarlar-arasinda-interval-iki-deqiqe-yarimdir-amma-metroda-boganaq-bitmir---sebebler-457766696.html
Qatarlar arasında interval iki dəqiqə yarımdır, amma metroda boğanaq bitmir - Səbəblər
Qatarlar arasında interval iki dəqiqə yarımdır, amma metroda boğanaq bitmir - Səbəblər
Sputnik Azərbaycan
İqtisadi aktiv əhalinin məhz Bakıda cəmlənməsi paytaxtda nəqliyyatın bütün sferasına, eyni zamanda da metroya təsirsiz ötüşmür. Əsas çıxış yollarından biri və... 18.08.2023, Sputnik Azərbaycan
2023-08-18T09:19+0400
2023-08-18T09:19+0400
2023-08-18T09:19+0400
metro
cəmiyyət
interval
avrasiya iqtisadi ittifaqı
vaqon
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923578_0:160:3073:1888_1920x0_80_0_0_fe132f8dfa9c7093a051740857070f82.jpg
BAKI, 18 avqust — Sputnik. "Qatarlarda kondisioner sistemi ilə bağlı müzakirələr hər yay olduğu kimi, hazırda da gündəmdədir. "Necə olur ki, bəzən qatarda kondisionerin işləməsi hiss olunmur?", sualına cavab olaraq bildirim ki, qatarlar stansiyalarda dayandıqda isti hava kütlələri salona daxil olur. Həmin vaxt diskomfortun yarandığı vaxtdır. Həmin vaxtda hava kütləsinin tənzimlənməsi üçün mikroiqlim nəzarəti sistemi avtomatik rejimdə çalışır. Lakin təznimlənmənin həyata keçirilməsi müəyyən qədər vaxt aparır. Növbəti stansiyayadək bu proses başa çatsa da, qapılar yenidən açılıb-bağlandıqda eyni hal təkrarlana bilər. Bu, xüsusən də, çox isti hava şəritində müşahidə olunur". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bu isti havalarda bəzən qatarlarda müşahidə olunan boğanıqların səbəbindən danışarkən deyib. Onun sözlərinə görə, iyul ayında orta hesabla 496 min 72 sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 15 min çoxdur. Ümumilikdə isə cari ilin yeddi ayında orta statistik hesabla gün ərzində 585 min 636 sərnişin daşınıb. B.Məmmədov bildirib ki, sərnişin sayı da metroda havasızlığa təsir edən amillər sırasındadır.Bəzi sərnişinlər iddia edir ki, intervalların sıx olmaması, nəticədə qatarlarda sərnişin axınının çox olması da havasızlıq yaradır. Maraqlıdır, hazırda qatarlar arasında interval nə qədərdir? B.Məmmədov bildirir ki, hazırda intervallar elan olunan yay qrafikinə əsasən tənzimlənməlidir:İqtisadi aktivliyin məhz Bakıda cəmlənməsi paytaxtda nəqliyyatın bütün sferasına, eyni zamanda da metroya təsirsiz ötüşmür. Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 55 ildən artıqdır ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyət göstərir və bu illər ərzində paytaxtın əhalisi artıb. Bu amil də metrodan istifadə edənlərdə müəyyən diskomfort yaradır:"Xətlərin ayrılması iki dəqiqəlik intervalı bir dəqiqəyə, dörd dəqiqəlik intervalı isə iki dəqiqəyə salacaq. Bu da ümumi komforta, qatarlardakı sərinliyə təsir edəcək və nəticə etibarı ilə yüklənən stansiyaların yükü azalacaq", - deyə o əlavə edib. R.Ağamirzəyevin sözlərinə görə, bundan başqa, metronun yükünün azalması və komfortun təmin olunması üçün alternativ nəqliyyat vasitələrinin inkişafı lazımdır. Ekspertlər onu da bildirir ki, əsas çıxış yollarından biri və ən önəmlisi digər şəhərlərdə də iqtisadi aktivliyin artırılmasıdır.Başqa ölkələrdə vəziyyət necədir və onlar necə çıxış yolu tapırlar? Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin paytaxtlarında bənzər vəziyyət müşahidə edilir. Lakin Rusiyanın paytaxtı Moskvada vəziyyət digərləri ilə müqayisədə fərqlidir. Moskvada: 15 xətt, 250 stansiyadan ibarət olan, günlük 8-9 milyon sərnişinə xidmət edən Moskva metrosu intensivliyinə - intervalın azlığına görə dünyada liderlik edir. Dünyanın yeganə şəhəri Moskvadır ki, burada günün pik vaxtlarında interval 90 saniyədən yuxarı olmur. 12 milyon 680 min 389 əhalisi olan Moskvada cari ilin fevralından etibarən interval 80 saniyəyədək aşağı salınıb. Moskva Nəqliyyat Departamentinin məlumatına görə, qatarların 60 faizində havalandırma sistemi var. İntervalın qısa olması, qatarlarda sıxlığın həddindən artıq çox olmaması ilə əlaqədar sərnişinlərin havalandırma ilə bağlı hər hansı şikayətləri yoxdur. Minskdə: Belarusun paytaxtı, əhalisi 2,057,000 olan və SSRİ-nin sayca 9-cu metrosunun tikildiyi Minskdə yay aylarında günün pik saatlarında qatarlararası interval bir xətt üzrə 2.5, digəri üzrə 3 dəqiqədir. "Zelenolujskaja" xətti üzrə günün pik saatlarında isə bu rəqəm 8 dəqiqəyə də bərabər ola bilər. Həmin xətt üzrə günün digər saatları və həftənin digər günlərində isə bu 12 dəqiqəyə bərabərdir. Yeni nəsil qatarlarla təmin olunan Minsk metrosu 3 xəttdən, 33 stansiyadan ibarətdir, günlük 800 min sərnişinə xidmət edir. Almatıda: 1,987,000 əhalisi olan Qazaxıstanın paytaxtı, günlük 45 min, həftə sonu - şənbə və bazar günləri olmaqla ayrılıqda 17 min sərnişinə xidmət edən Almatıda metropolitenində interval daha böyükdür. 23 ildən sonra ilk dəfə 2011-ci ildə fəaliyyətə başlayan metropolitendə günün pik vaxtlarında interval 8-10 dəqiqə, həftəsonları isə 13 dəqiqədir. Qırğızıstanda isə metro yoxdur. Bu ölkədə alternativ nəqliyyat vasitələri - böyük və kiçiktutumlu avtobuslar, troleybuslar üstünlük təşkil edir. Burada ictimai nəqliyyatın digər qolları çox populyar və əlçatandır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240126/sumqayit-sakinleri-bakiya-metrobusla-gedib-gelecek-xususi-zolaq-ayrilir-456253691.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923578_170:0:2901:2048_1920x0_80_0_0_2ef5fdef9a4ea0480962dd7dc6c21338.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
metro, interval, avrasiya iqtisadi ittifaqı, vaqon
metro, interval, avrasiya iqtisadi ittifaqı, vaqon
Qatarlar arasında interval iki dəqiqə yarımdır, amma metroda boğanaq bitmir - Səbəblər
İqtisadi aktiv əhalinin məhz Bakıda cəmlənməsi paytaxtda nəqliyyatın bütün sferasına, eyni zamanda da metroya təsirsiz ötüşmür. Əsas çıxış yollarından biri və ən önəmlisi digər şəhərlərdə də iqtisadi aktivliyin artırılmasıdır.
BAKI, 18 avqust — Sputnik. "Qatarlarda kondisioner sistemi ilə bağlı müzakirələr hər yay olduğu kimi, hazırda da gündəmdədir. "Necə olur ki, bəzən qatarda kondisionerin işləməsi hiss olunmur?", sualına cavab olaraq bildirim ki, qatarlar stansiyalarda dayandıqda isti hava kütlələri salona daxil olur. Həmin vaxt diskomfortun yarandığı vaxtdır. Həmin vaxtda hava kütləsinin tənzimlənməsi üçün mikroiqlim nəzarəti sistemi avtomatik rejimdə çalışır. Lakin təznimlənmənin həyata keçirilməsi müəyyən qədər vaxt aparır. Növbəti stansiyayadək bu proses başa çatsa da, qapılar yenidən açılıb-bağlandıqda eyni hal təkrarlana bilər. Bu, xüsusən də, çox isti hava şəritində müşahidə olunur".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bu isti havalarda bəzən qatarlarda müşahidə olunan boğanıqların səbəbindən danışarkən deyib.
Onun sözlərinə görə, iyul ayında orta hesabla 496 min 72 sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 15 min çoxdur. Ümumilikdə isə cari ilin yeddi ayında orta statistik hesabla gün ərzində 585 min 636 sərnişin daşınıb.
B.Məmmədov bildirib ki, sərnişin sayı da metroda havasızlığa təsir edən amillər sırasındadır.
"Sərnişin sıxlığı havalanmaya və onun tənzimlənməsinə təsir edir. Köhnə nəsil qatarlarla bağlı şikayətlər var. Bu qatarlarda mikroiqlim nəzarəti yoxdur. Texniki cəhətdən köhnə nəsil qatarları mikroiqlimlə təchiz etmək mümkün deyil", - deyə o əlavə edib.
Bəzi sərnişinlər iddia edir ki, intervalların sıx olmaması, nəticədə qatarlarda sərnişin axınının çox olması da havasızlıq yaradır. Maraqlıdır, hazırda qatarlar arasında interval nə qədərdir?
B.Məmmədov bildirir ki, hazırda intervallar elan olunan yay qrafikinə əsasən tənzimlənməlidir:
"Bu gün hər şey qaydasındadır. Səhər 07:00-dan 21:00-dək "Həzi Aslanov"la "28 May"a doğru istiqamətdə qatarlar arasında interval iki dəqiqə yarımdır. Şənbə-bazar günləri isə bu intervallar 3 dəqiqəyə bərabər olur. Buna baxmayarq mütləq qaydada ehtiyat qatarlar nəzərə alınır. Onlar həm qrafik üzrə, həm də zərurət yarandıqda xəttə buraxılır".
İqtisadi aktivliyin məhz Bakıda cəmlənməsi paytaxtda nəqliyyatın bütün sferasına, eyni zamanda da metroya təsirsiz ötüşmür.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 55 ildən artıqdır ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyət göstərir və bu illər ərzində paytaxtın əhalisi artıb. Bu amil də metrodan istifadə edənlərdə müəyyən diskomfort yaradır:
"Sərnişinlərin komfortunu təmin etmək üçün xətlərin ayrılması prosesi olmalıdır. Bu baş verərsə, interval da azalar. "Dərnəgül" deposunun tikilməsi, "Dərnəgül"dən üzü "Koroğlu"ya, "Xətai"dən "Həzi Aslanov 2"yə əlqələndirici xəttin olması, "Bənövşəyi xətt"in şəhərin mərkəzi - ən azı Qış Parkınadək çatdırılmasına ehtiyac var. Bütün bunlar üçün müəyən investisiya olmalıdır. Beş il ərizndə bütün bu işlər icra olunarsa, interval azalar və qatarlar daha komfortlu olar".
"Xətlərin ayrılması iki dəqiqəlik intervalı bir dəqiqəyə, dörd dəqiqəlik intervalı isə iki dəqiqəyə salacaq. Bu da ümumi komforta, qatarlardakı sərinliyə təsir edəcək və nəticə etibarı ilə yüklənən stansiyaların yükü azalacaq", - deyə o əlavə edib.
R.Ağamirzəyevin sözlərinə görə, bundan başqa, metronun yükünün azalması və komfortun təmin olunması üçün alternativ nəqliyyat vasitələrinin inkişafı lazımdır.
Ekspertlər onu da bildirir ki, əsas çıxış yollarından biri və ən önəmlisi digər şəhərlərdə də iqtisadi aktivliyin artırılmasıdır.
Başqa ölkələrdə vəziyyət necədir və onlar necə çıxış yolu tapırlar?
Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin paytaxtlarında bənzər vəziyyət müşahidə edilir. Lakin Rusiyanın paytaxtı Moskvada vəziyyət digərləri ilə müqayisədə fərqlidir.
15 xətt, 250 stansiyadan ibarət olan, günlük 8-9 milyon sərnişinə xidmət edən Moskva metrosu intensivliyinə - intervalın azlığına görə dünyada liderlik edir. Dünyanın yeganə şəhəri Moskvadır ki, burada günün pik vaxtlarında interval 90 saniyədən yuxarı olmur. 12 milyon 680 min 389 əhalisi olan Moskvada cari ilin fevralından etibarən interval 80 saniyəyədək aşağı salınıb.
Moskva Nəqliyyat Departamentinin məlumatına görə, qatarların 60 faizində havalandırma sistemi var. İntervalın qısa olması, qatarlarda sıxlığın həddindən artıq çox olmaması ilə əlaqədar sərnişinlərin havalandırma ilə bağlı hər hansı şikayətləri yoxdur.
Belarusun paytaxtı, əhalisi 2,057,000 olan və SSRİ-nin sayca 9-cu metrosunun tikildiyi Minskdə yay aylarında günün pik saatlarında qatarlararası interval bir xətt üzrə 2.5, digəri üzrə 3 dəqiqədir. "Zelenolujskaja" xətti üzrə günün pik saatlarında isə bu rəqəm 8 dəqiqəyə də bərabər ola bilər. Həmin xətt üzrə günün digər saatları və həftənin digər günlərində isə bu 12 dəqiqəyə bərabərdir.
Yeni nəsil qatarlarla təmin olunan Minsk metrosu 3 xəttdən, 33 stansiyadan ibarətdir, günlük 800 min sərnişinə xidmət edir.
1,987,000 əhalisi olan Qazaxıstanın paytaxtı, günlük 45 min, həftə sonu - şənbə və bazar günləri olmaqla ayrılıqda 17 min sərnişinə xidmət edən Almatıda metropolitenində interval daha böyükdür. 23 ildən sonra ilk dəfə 2011-ci ildə fəaliyyətə başlayan metropolitendə günün pik vaxtlarında interval 8-10 dəqiqə, həftəsonları isə 13 dəqiqədir.
Qırğızıstanda isə metro yoxdur. Bu ölkədə alternativ nəqliyyat vasitələri - böyük və kiçiktutumlu avtobuslar, troleybuslar üstünlük təşkil edir. Burada ictimai nəqliyyatın digər qolları çox populyar və əlçatandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.