CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Park Qusar" təkzib edir: Zəhərlənmə başqa istirahət mərkəzində baş verib

© Photo : social page of Park QusarPark Qusar
Park Qusar - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
Hotel rəsmisi zəhərlənmə hadisəsinin baş verdiyi istirahət mərkəzinin adını açıqlamayıb..
BAKI, 18 avqust — Sputnik. Xəbər verildiyi kimi, avqustun 17-də Qusar rayonunda yerləşən istirahət mərkəzlərindən birində 5 nəfər zəhərlənib. Hadisənin Qusar rayonunun Caqar kəndində, "De lux Park Qusar" istirahət mərkəzinin ərazisində baş verdiyinə dair məlumatlar yayılıb.
Məsələ ilə bağlı istirahət mərkəzinin rəsmisi Ruslan Əsgərov Trend-ə bildirib ki, zəhərlənmə hadisəsinin adı hallanan istirahət mərkəzi ilə əlaqəsi yoxdur.
Onun sözlərinə görə, məlum hadisə digər istirahət zonasında baş verib. O, zərərçəkənlərin belə bu hadisənin başqa istirahət mərkəzində baş verdiyini təsdiqləyə biləcəyini qeyd edib.
Qeyd edək ki, hotel rəsmisi zəhərlənmə hadisəsinin baş verdiyi istirahət mərkəzinin adını açıqlamayıb.
***
Qusar rayonunda istirahət mərkəzində zəhərlənmə hadisəsi baş verib. Qusar rayonunda, istirahət mərkəzində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
AQTA-dan bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib. Hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.
Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.
İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə adıçəkilən istirahət mərkəzində ölüm hadisəsi də qeydə alınıb. Cari ilin yanvarında baş verən yanğın zamanı 4 nəfər - Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Dadaşov Rüstəm adlı şəxslər ölüb. Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0