https://sputnik.az/20230818/lin-sonunadek-2-mine-yaxin-mecburi-kockun-ailesinin-geri-donmesi-nezerde-tutulub-457798371.html
İlin sonunadək 2 minə yaxın məcburi köçkün ailəsinin geri dönməsi nəzərdə tutulub
İlin sonunadək 2 minə yaxın məcburi köçkün ailəsinin geri dönməsi nəzərdə tutulub
Sputnik Azərbaycan
Ümumilikdə bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb 18.08.2023, Sputnik Azərbaycan
2023-08-18T11:05+0400
2023-08-18T11:05+0400
2023-08-18T11:05+0400
məcburi köçkünlər
qarabağ
qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
"qaçqınkom"
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411946_0:161:3071:1888_1920x0_80_0_0_e15488f50c2019f73b31f14a0a2152b6.jpg
BAKI, 18 avgust — Sputnik. Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov deyib. "Bu gün artıq ölkəmizin, Qarabağımızın ən iri, qədim, füsunkar guşələrindən olan doğma Füzuliyə ilk köç karvanını yola salırıq. Bu münasibətlə bütün Füzuli sakinlərini, qarabağlılarımızı, keçmiş məcburi köçkün soydaşlarımızı, xalqımızı ürəkdən təbrik edirəm. Bu gün "Qobu" yaşayış kompleksindən Füzuli şəhərinə ilk mərhələdə qayıdacaq 23 ailə - 90 nəfərin köç karvanı yola salınır. Köç möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir", - F.Hüseynov qeyd edib. "Ümumilikdə bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb. Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub. Biz əminik ki, bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq. Fürsətdən istifadə edərək doğma torpaqlarına qayıdan Füzuli sakinlərinə firavan həyat arzulayıram", - Komitə sədrinin müavini vurğulayıb.
https://sputnik.az/20230817/otuz-ilden-sonra-fuzulide-eyni-kuce-eyni-unvanda-yeni-heyat---fotolar-457787162.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411946_170:0:2901:2048_1920x0_80_0_0_b027a0beb91f5046ce6674fc6c91964b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məcburi köçkünlər, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, "qaçqınkom", işğaldan azad edilmiş ərazilər
məcburi köçkünlər, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, "qaçqınkom", işğaldan azad edilmiş ərazilər
İlin sonunadək 2 minə yaxın məcburi köçkün ailəsinin geri dönməsi nəzərdə tutulub
Ümumilikdə bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb
BAKI, 18 avgust — Sputnik. Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov deyib.
"Bu gün artıq ölkəmizin, Qarabağımızın ən iri, qədim, füsunkar guşələrindən olan doğma Füzuliyə ilk köç karvanını yola salırıq. Bu münasibətlə bütün Füzuli sakinlərini, qarabağlılarımızı, keçmiş məcburi köçkün soydaşlarımızı, xalqımızı ürəkdən təbrik edirəm. Bu gün "Qobu" yaşayış kompleksindən Füzuli şəhərinə ilk mərhələdə qayıdacaq 23 ailə - 90 nəfərin köç karvanı yola salınır. Köç möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir", - F.Hüseynov qeyd edib.
"Ümumilikdə bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb. Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub.
Biz əminik ki, bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq. Fürsətdən istifadə edərək doğma torpaqlarına qayıdan Füzuli sakinlərinə firavan həyat arzulayıram", - Komitə sədrinin müavini vurğulayıb.