https://sputnik.az/20230818/fuzulide-qebiristanliqda-tele-mina-askar-edilib-457822121.html
Füzulidə qəbiristanlıqda tələ-mina aşkar edilib
Füzulidə qəbiristanlıqda tələ-mina aşkar edilib
Sputnik Azərbaycan
Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-mina mexaniki vasitələrin, eləcə də... 18.08.2023, Sputnik Azərbaycan
2023-08-18T17:41+0400
2023-08-18T17:41+0400
2023-08-18T17:41+0400
füzuli rayonu
azərbaycan xəbərləri
anama
https://cdnn1.img.sputnik.az/img/42239/92/422399251_0:239:3072:1967_1920x0_80_0_0_a2cc25b36076682884f9f71adf0e9901.jpg
BAKI, 18 avqust — Sputnik. Füzuli rayonu ərazisində qəbiristanlıqda tələ-mina aşkar edilib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, Agentliyin apardığı təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ-minalar, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir. Belə ki, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında 1 ədəd TM-62M tank əleyhinə minasının üzərinə 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə PMN-Э minasının, eləcə də partlayış gücünün artırılması məqsədilə qeyd olunan iki minanın arasına TNT (partlayıcı) yerləşdirilməsi faktına rast gəlinib. Qeyd edək ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-mina mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib. "Agentliyin icra etdiyi minatəmizləmə əməliyyatları zamanı mülki təyinatlı sahələrdə və ətraf ərazilərində dəfələrlə rast gəlinən bu kimi tələ-minaların quraşdılırması dinc əhaliyə, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür. Müharibədən sonrakı dövrdə 180 mina insidentindən 128-i keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Cari il avqustun 18-dək baş verən mina hadisələrində zərərçəkən 303 nəfərdən 217-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb. Qeyd olunmuş faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşlara müraciət edərək təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa çağırır", - məlumatda vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42239/92/422399251_0:0:2732:2048_1920x0_80_0_0_810fd86007fc69ba04d596734d1de26c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
füzuli rayonu, anama
Füzulidə qəbiristanlıqda tələ-mina aşkar edilib
Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-mina mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
BAKI, 18 avqust — Sputnik. Füzuli rayonu ərazisində qəbiristanlıqda tələ-mina aşkar edilib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Agentliyin apardığı təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ-minalar, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir. Belə ki, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında 1 ədəd TM-62M tank əleyhinə minasının üzərinə 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə PMN-Э minasının, eləcə də partlayış gücünün artırılması məqsədilə qeyd olunan iki minanın arasına TNT (partlayıcı) yerləşdirilməsi faktına rast gəlinib.
Qeyd edək ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-mina mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
"Agentliyin icra etdiyi minatəmizləmə əməliyyatları zamanı mülki təyinatlı sahələrdə və ətraf ərazilərində dəfələrlə rast gəlinən bu kimi tələ-minaların quraşdılırması dinc əhaliyə, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür. Müharibədən sonrakı dövrdə 180 mina insidentindən 128-i keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Cari il avqustun 18-dək baş verən mina hadisələrində zərərçəkən 303 nəfərdən 217-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb. Qeyd olunmuş faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşlara müraciət edərək təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa çağırır", - məlumatda vurğulanıb.