SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı Ermənistanın öz öhdəliklərini yerinə yetirməsini gözləyir

© AP Photo / Darko VojinovicBakı
Bakı - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
O, Azərbaycanın danışıqlarda irəliləyiş əlamətləri gördüyünü qeyd edərək, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatına diqqət çəkib.
BAKI, 18 avqust — Sputnik. Bakı İrəvanla danışıqlardan nəzərəçarpacaq nəticələr və Ermənistanın öz öhdəliklərini yerinə yetirməsini gözləyir. Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çinin "Feniks" telekanalına müsahibəsində bildirib.
Əmirbəyov bildirib ki, Bakı ilə İrəvan arasında danışıqlar altı ay əvvəlkindən qat-qat yaxşı gedir.
O, Azərbaycanın danışıqlarda irəliləyiş əlamətləri gördüyünü qeyd edərək, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatına diqqət çəkib: "Bu bizə inanmağa imkan verir ki, danışıqlarda irəliləyişə nail olmaqdan o qədər də uzaqda deyilik.".
"Biz Ermənistandan bütün öhdəliklərini yerinə yetirməsini gözləyirik. İlk növbədə, onlar öz silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisindən çıxarılmasını başa çatdırmalıdırlar, çünki bu gün də atəşkəs sazişinin imzalanmasından 2,5 il sonra Ermənistan Silahlı Qüvvələrinin 10 min şəxsi heyəti hələ də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni olaraq qalır", - deyə Əmirbəyov bildirib.
Prezidentin nümayəndəsi əlavə edib ki, Ermənistan hərbçiləri Azərbaycan ərazisini nə qədər tez tərk edərlərsə, sülh müqaviləsinin imzalanması üzrə danışıqları nisbətən qısa müddətdə başa çatdırmaq şansı bir o qədər çox olar.
Xəbər lenti
0