https://sputnik.az/20230818/azerbaycan-ordusunun-herbcisi-ozunu-gulleleyerek-oldurub-457809158.html
Azərbaycan Ordusunun hərbçisi özünü niyə güllələyib?
Azərbaycan Ordusunun hərbçisi özünü niyə güllələyib?
Sputnik Azərbaycan
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi... 18.08.2023, Sputnik Azərbaycan
2023-08-18T14:05+0400
2023-08-18T14:05+0400
2023-08-19T01:07+0400
hərbçi
hadisə
hərbi prokurorluq
respublika hərbi prokurorluğu
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053165_0:162:3067:1887_1920x0_80_0_0_88b2e81bb4b805e6edbffeec1f3403b2.jpg
BAKI, 18 avqust — Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun özünü öldürməsinin ilkin səbəbi məlum olub.APA-nın əldə etdiyi xəbərə görə, hadisə ailə-məişət zəminində baş verib.Ölüm faktının ordu və ya hərbi hissədə problemlə bağlı olmadığı bildirilir.12:54Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun və Azərbaycanın Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycanın Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. "Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır", - məlumatda qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053165_168:0:2899:2048_1920x0_80_0_0_70c4872cb545f48224bde1e23c0f88ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbçi, hərbi prokurorluq, respublika hərbi prokurorluğu, azərbaycan ordusu
hərbçi, hərbi prokurorluq, respublika hərbi prokurorluğu, azərbaycan ordusu
Azərbaycan Ordusunun hərbçisi özünü niyə güllələyib?
14:05 18.08.2023 (Yenilənib: 01:07 19.08.2023) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.
BAKI, 18 avqust — Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun özünü öldürməsinin ilkin səbəbi məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, hadisə ailə-məişət zəminində baş verib.
Ölüm faktının ordu və ya hərbi hissədə problemlə bağlı olmadığı bildirilir.
Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.
Daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun və Azərbaycanın Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycanın Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır", - məlumatda qeyd edilib.