Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

ADPU nəzdində Pedaqoji Kollecin qəbul planı 99,5 faiz dolub

CC BY-SA 4.0 / Tərxan Paşazadə / Azərbaycan Dövlət Pedaqoji Universitetinin binasıAzərbaycan Dövlət Pedaqoji Universitetinin binası
Azərbaycan Dövlət Pedaqoji Universitetinin binası - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
Cari tədris ili üçün ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə ümumi orta təhsil bazasından 630 nəfər qəbul yeri nəzərdə tutulub.
BAKI, 18 avqust - Sputnik. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından qəbul prosesinin I mərhələsi başa çatıb. Cari tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) ümumi orta təhsil bazasından 630 nəfər qəbul yeri nəzərdə tutulub.
ADPU-dan Azərtac-a bildirilib ki, qəbulun I turunun nəticələrinə əsasən, 627 nəfər ADPK-nı seçib, cəmi 3 yer boş qalıb. Bu da qəbul planının 99.53 faizini təşkil edir.
Qeyd edək ki, qəbul olunanlardan 345 nəfəri ödənişli, 280 nəfəri (44,7 faiz) dövlət hesabına təhsil alacaq. Ən yüksək qəbul balı 300-dən 234,1-dir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə - Sputnik Azərbaycan, 1920, 18.08.2023
TƏHSİL
IV qrupa nə qədər abituriyent müraciət edib? Sədr açıqladı
Xəbər lenti
0