https://sputnik.az/20230817/ukraynanin-muqabilinde-abs-butun-dunyada-muttefiqlerini-itirdiyini-etiraf-edib-457754447.html
Ukraynanın müqabilində. ABŞ bütün dünyada müttəfiqlərini itirdiyini etiraf edib
Ukraynanın müqabilində. ABŞ bütün dünyada müttəfiqlərini itirdiyini etiraf edib
Sputnik Azərbaycan
ABŞ üçün problem ondadır ki, ölkə hazırda praktiki olaraq "Ukrayna" relslərindən çoxvektorlu xarici siyasətə qayıtmaq iqtidarında deyil. 17.08.2023, Sputnik Azərbaycan
2023-08-17T00:04+0400
2023-08-17T00:04+0400
2023-08-17T00:04+0400
abş
təhlil
ukrayna
qərb
yaxın şərq
rusiya
livan
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453256615_0:160:3072:1888_1920x0_80_0_0_7fdb09a24cce39ab65aba292d79616a5.jpg
BAKI, 17 avqust — Sputnik, Renat Abdullin. Bütün diqqətini Kiyevə yönəltməklə Ağ Ev tərəfdaşlarını itirir. Amerika mediası bununla bağlı narahatlığını getdikcə daha çox ifadə edir. Potensial müttəfiqlərin ABŞ-ın əleyhdarları olan Moskva və Pekini alternativ kimi nəzərdən keçirməsi xüsusi narahatlıq doğurur. "Qlobal narahatlıq" "Newsweek" nəşri əsas mövzusu Rusiya və Livan münasibətləri olan məqalə dərc edib. Müəllifin qeyd etdiyi kimi, "Kreml sakitcə Yaxın Şərqdə artan təsirindən yararlanmağa çalışıb". Bu, ABŞ-ın Ukraynadan başqa bütün vacib xarici siyasət sahələrindən imtina etməsi ilə bağlıdır. Moskva üçün Beyrutla yaxınlaşma yeni limanlar və ticarət bazarları aça bilər. "Newsweek"in şərhçisinin fikrincə, bu, öz növbəsində Qərbin sanksiyalarından yayınmağa gətirib çıxarır. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi İqor Matveyev qeyd edib ki, Rusiya Livanın enerji sektoruna və təbii sərvətlərinə çıxış əldə etməyə, birgə layihələri aktivləşdirməyə qadirdir. Beyrut Moskvanın ABŞ-ı narahat edən yeganə müttəfiqi deyil. Onun Yaxın Şərqdəki fəaliyyətinə Suriyada möhkəmlənməsi, Afrika ölkələri (Sankt-Peterburqda keçirilən son sammitin nümayiş etdirdiyi kimi) və Fars körfəzi dövlətləri ilə yaxınlaşması daxildir. Vaşinqton "Rusiya ilə daha sıx əlaqə qurma təhlükəsini vurğulayır". "Onun fəallığı ilə bağlı narahatlığımız qlobaldır, heç bir ölkə ilə bağlı deyil", - deyə Dövlət Departamentinin sözçüsü əlavə edib. Körfəz monarxiyaları Baydenə qarşı Bir həftə əvvəl "The New York Times" (NYT) Vaşinqtonun Yaxın Şərqdəki mövqeyini itirməsi ilə bağlı geniş məqalə dərc edib. Diqqət mərkəzində -Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Sərvətini böyük qlobal təsirə çevirən BƏƏ, xüsusilə Rusiyanı təcrid etmək və Çinlə əlaqələri məhdudlaşdırmaq məsələsində ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil edir. Amerikanın regiondakı əsas müttəfiqi Şeyx Məhəmməd bin Zayed Prezident Vladimir Putinlə görüşmək üçün son bir ildə iki dəfə Rusiyaya səfər edib. İyunda isə BƏƏ "Rusiya liderinin əsas investisiya forumunda (Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda. – Red.) fəxri qonaq kimi qeyd edilib", - deyə nəşr xatırladır. Qeyd edək ki, şeyx 2017-ci ildən ABŞ-a uçmayıb və o vaxtdan problemlər ancaq böyüyüb. Məsələn, 2021-ci ildə BƏƏ-dən "F-35" döyüş təyyarələrinin alınması ilə bağlı müqavilə dayandırılıb. "Amerika sistemi həqiqətən sizə istədiyinizi verə bilərmi?" – Məhəmməd bin Zayed-in diplomatik müşaviri Ənvər Qarqaşanı belə bir sual düşündürür. Avqustda Əmirlik və Çin Hərbi Hava Qüvvələri ilk dəfə birgə təlimlər keçirməyi planlaşdırır. Baxmayaraq ki, BƏƏ əvvəllər müdafiə məsələlərində ilk növbədə Amerikanın dəstəyinə arxalanırdı. "Beynəlxalq nizamda gördüyümüz şey mütləq çoxqütblü dünya deyil, biz daha dəyişkən bir dünya görürük", - deyə Qarqaş "NYT" nəşrinə bəyan edib. Qəzet vurğulayıb ki, o, keçən il Qərb hegemonluğunun "son günlərini yaşadığını" deyərək daha açıq danışmışdı. Amerikalı analitiklər hesab edir ki, BƏƏ, əslində, digər ölkələrin borc götürdüyü "ssenarini yazıb". Məsələn, Vaşinqtondan da üz döndərən Səudiyyə Ərəbistanı Krallığı. Bu, şəxsi münasibətlərdə özünü göstərir - keçən il Körfəz ölkələrinin hökmdarları Co Baydenlə hətta telefonla əlaqə saxlamaqdan və bütün xarici siyasətə yenidən baxılmasından imtina ediblər. Yazda səudiyyəlilər Çinin vasitəçiliyi ilə İranla diplomatik münasibətlərin bərpası haqqında müqavilə bağlayıblar. Tehrana təzyiqləri davam etdirən amerikalılara, sadəcə olaraq, məhəl qoyulmayıb. "Arxa həyət" irəli keçir Uğursuzluqlar ABŞ-ı təkcə Yaxın Şərqdə təqib etmir. Vaşinqton uzun müddət özünün "arxa həyəti" hesab edən Latın Amerikasındakı mövqelərini itirir. Rusiya və İranla münasibətlərin kəskinləşməsindən sonra ABŞ neft məsələlərində Venesueladan dəstək almağa çalışıb. Bolivar Respublikası uzun müddətdir ki, ABŞ-ın sanksiyaları altındadır. Bu sanksiyaların tədricən ləğv edilməsi müqabilində Ağ Ev Venesuela neftinə çıxış əldə etməyə ümid edirdi. Lakin müxalif siyasətçi Xuan Quaydoya qoyulan stavkanın baş tutmamasından sonra Prezident Nikolas Maduro yalnız hakimiyyətini gücləndirib. Və o, güzəştə getmək niyyətində deyil. ABŞ-ın Venesuela üzrə keçmiş xüsusi nümayəndəsi Elliot Abrams qeyd edib ki, bəzi Qərb şirkətləri respublika ərazisində neft hasil etmək üçün icazə alıblar, lakin ABŞ-da gözlənilən yaxınlaşma baş verməyib. Üstəlik, o, Beynəlxalq Münasibətlər Şurası üçün məqaləsində (Nyu-Yorkda yerləşir) hətta onun özünün vəzifəsinin ləğv edildiyini xatırladıb. Yəni, Vaşinqtonla Karakas arasındakı əlaqələr əvvəlkindən daha zəifdir. Rusiya və Çinlə BRİKS-ə daxil olan Braziliya da artıq öz dişini göstərir. Latın Amerikası ölkəsi yeni Prezident Lula da Silva ilə Ukrayna münaqişəsində neytral mövqe tutur, Pekinlə əməkdaşlığı artırır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa çalışır. Belə bir ssenarinin həyata keçirilməsində veto hüququ əldə edən braziliyalılar beynəlxalq səviyyədə amerikapərəst qərarların qəbulu qarşısında yeni maneəyə çevriləcəklər. Ancaq hələ ki, Rusiya və Çinin səlahiyyətləri kifayətdir. Hər kəsi məyus etdilər Nəhayət, amerikalıların problemləri var ki, burada, sanki, fərqlər minimal olmalıdır. NATO tərəfdaşı olan Türkiyə uzun illərdir ki, Rusiyaya qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. İstər ABŞ-ın qorxulu ritorikasının köməyi ilə, istərsə də qırıcı təyyarələrin istehsalı və tədarükü proqramının məhdudlaşdırılması kimi qadağanedici tədbirlərlə Ankaraya təsir etmək mümkün deyil. Eyni zamanda türklər hazırda əvvəlkindən daha güclü mövqe ilə çıxış edirlər. Prezident Ərdoğan nə az - nə çox - Şimali Atlantika Alyansının gələcəyini öz əllərində saxlayıb. Məhz Türkiyə İsveçi bloka yaxın buraxmır. Ağ Ev yaşıl işığın yanmasının zaman məsələsi olduğuna əmin etsə də, heç bir irəliləyiş görünmür. ABŞ-ın Aİ-dəki tərəfdaşları ABŞ-ın yaşıl enerji bazarında avropalı təchizatçıların hüquqlarını məhdudlaşdıran diskriminasiya xarakterli "İnflyasiyanın azaldılması aktı"ndan narahatdırlar. Cavab tədbirləri artıq görülüb və Baydenin susduğuna görə, yalnız genişlənəcək. ABŞ-ın Asiyadakı forpostlarından biri olan Cənubi Koreya da avropalılara oxşar iddialar səsləndirir. Amerikalılar üzündən Tayvan ətrafında artan gərginliklə bağlı özü üçün narahat olan Yaponiya isə vəziyyəti öz əlinə almağa qərar verib. Yerli mətbuatın məlumatına görə, sentyabrda Çinlə yüksək səviyyəli ikitərəfli danışıqlar baş tuta bilər. ABŞ üçün problem ondadır ki, ölkə hazırda praktiki olaraq "Ukrayna" relslərindən çoxvektorlu xarici siyasətə qayıtmaq iqtidarında deyil. Kiyevə dəstək, üstəlik, 2024-cü il prezident seçkilərinə hazırlıqla məşğul olan Amerika siyasi isteblişmentinin bir neçə təmas nöqtələrindən biridir. Belə şəraitdə ABŞ-dan üz döndərən ölkələrin sayı nəinki azalmayacaq, əksinə, çox güman ki, artacaq.
yaxın şərq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453256615_172:0:2901:2047_1920x0_80_0_0_1da8c54de2c75a1795f4048a31ad1478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, ukrayna, qərb, yaxın şərq, rusiya, livan
abş, ukrayna, qərb, yaxın şərq, rusiya, livan
Ukraynanın müqabilində. ABŞ bütün dünyada müttəfiqlərini itirdiyini etiraf edib
ABŞ üçün problem ondadır ki, ölkə hazırda praktiki olaraq "Ukrayna" relslərindən çoxvektorlu xarici siyasətə qayıtmaq iqtidarında deyil.
BAKI, 17 avqust — Sputnik, Renat Abdullin. Bütün diqqətini Kiyevə yönəltməklə Ağ Ev tərəfdaşlarını itirir. Amerika mediası bununla bağlı narahatlığını getdikcə daha çox ifadə edir. Potensial müttəfiqlərin ABŞ-ın əleyhdarları olan Moskva və Pekini alternativ kimi nəzərdən keçirməsi xüsusi narahatlıq doğurur.
"Newsweek" nəşri əsas mövzusu Rusiya və Livan münasibətləri olan məqalə dərc edib. Müəllifin qeyd etdiyi kimi, "Kreml sakitcə Yaxın Şərqdə artan təsirindən yararlanmağa çalışıb". Bu, ABŞ-ın Ukraynadan başqa bütün vacib xarici siyasət sahələrindən imtina etməsi ilə bağlıdır.
Moskva üçün Beyrutla yaxınlaşma yeni limanlar və ticarət bazarları aça bilər. "Newsweek"in şərhçisinin fikrincə, bu, öz növbəsində Qərbin sanksiyalarından yayınmağa gətirib çıxarır. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi İqor Matveyev qeyd edib ki, Rusiya Livanın enerji sektoruna və təbii sərvətlərinə çıxış əldə etməyə, birgə layihələri aktivləşdirməyə qadirdir.
Beyrut Moskvanın ABŞ-ı narahat edən yeganə müttəfiqi deyil. Onun Yaxın Şərqdəki fəaliyyətinə Suriyada möhkəmlənməsi, Afrika ölkələri (Sankt-Peterburqda keçirilən son sammitin nümayiş etdirdiyi kimi) və Fars körfəzi dövlətləri ilə yaxınlaşması daxildir. Vaşinqton "Rusiya ilə daha sıx əlaqə qurma təhlükəsini vurğulayır".
"Onun fəallığı ilə bağlı narahatlığımız qlobaldır, heç bir ölkə ilə bağlı deyil", - deyə Dövlət Departamentinin sözçüsü əlavə edib.
Körfəz monarxiyaları Baydenə qarşı
Bir həftə əvvəl "The New York Times" (NYT) Vaşinqtonun Yaxın Şərqdəki mövqeyini itirməsi ilə bağlı geniş məqalə dərc edib. Diqqət mərkəzində -Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).
Sərvətini böyük qlobal təsirə çevirən BƏƏ, xüsusilə Rusiyanı təcrid etmək və Çinlə əlaqələri məhdudlaşdırmaq məsələsində ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil edir. Amerikanın regiondakı əsas müttəfiqi Şeyx Məhəmməd bin Zayed Prezident Vladimir Putinlə görüşmək üçün son bir ildə iki dəfə Rusiyaya səfər edib.
İyunda isə BƏƏ "Rusiya liderinin əsas investisiya forumunda (Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda. – Red.) fəxri qonaq kimi qeyd edilib", - deyə nəşr xatırladır. Qeyd edək ki, şeyx 2017-ci ildən ABŞ-a uçmayıb və o vaxtdan problemlər ancaq böyüyüb. Məsələn, 2021-ci ildə BƏƏ-dən "F-35" döyüş təyyarələrinin alınması ilə bağlı müqavilə dayandırılıb. "Amerika sistemi həqiqətən sizə istədiyinizi verə bilərmi?" – Məhəmməd bin Zayed-in diplomatik müşaviri Ənvər Qarqaşanı belə bir sual düşündürür.
Avqustda Əmirlik və Çin Hərbi Hava Qüvvələri ilk dəfə birgə təlimlər keçirməyi planlaşdırır. Baxmayaraq ki, BƏƏ əvvəllər müdafiə məsələlərində ilk növbədə Amerikanın dəstəyinə arxalanırdı. "Beynəlxalq nizamda gördüyümüz şey mütləq çoxqütblü dünya deyil, biz daha dəyişkən bir dünya görürük", - deyə Qarqaş "NYT" nəşrinə bəyan edib. Qəzet vurğulayıb ki, o, keçən il Qərb hegemonluğunun "son günlərini yaşadığını" deyərək daha açıq danışmışdı.
Amerikalı analitiklər hesab edir ki, BƏƏ, əslində, digər ölkələrin borc götürdüyü "ssenarini yazıb". Məsələn, Vaşinqtondan da üz döndərən Səudiyyə Ərəbistanı Krallığı. Bu, şəxsi münasibətlərdə özünü göstərir - keçən il Körfəz ölkələrinin hökmdarları Co Baydenlə hətta telefonla əlaqə saxlamaqdan və bütün xarici siyasətə yenidən baxılmasından imtina ediblər. Yazda səudiyyəlilər Çinin vasitəçiliyi ilə İranla diplomatik münasibətlərin bərpası haqqında müqavilə bağlayıblar. Tehrana təzyiqləri davam etdirən amerikalılara, sadəcə olaraq, məhəl qoyulmayıb.
Uğursuzluqlar ABŞ-ı təkcə Yaxın Şərqdə təqib etmir. Vaşinqton uzun müddət özünün "arxa həyəti" hesab edən Latın Amerikasındakı mövqelərini itirir. Rusiya və İranla münasibətlərin kəskinləşməsindən sonra ABŞ neft məsələlərində Venesueladan dəstək almağa çalışıb. Bolivar Respublikası uzun müddətdir ki, ABŞ-ın sanksiyaları altındadır. Bu sanksiyaların tədricən ləğv edilməsi müqabilində Ağ Ev Venesuela neftinə çıxış əldə etməyə ümid edirdi.
Lakin müxalif siyasətçi Xuan Quaydoya qoyulan stavkanın baş tutmamasından sonra Prezident Nikolas Maduro yalnız hakimiyyətini gücləndirib. Və o, güzəştə getmək niyyətində deyil. ABŞ-ın Venesuela üzrə keçmiş xüsusi nümayəndəsi Elliot Abrams qeyd edib ki, bəzi Qərb şirkətləri respublika ərazisində neft hasil etmək üçün icazə alıblar, lakin ABŞ-da gözlənilən yaxınlaşma baş verməyib. Üstəlik, o, Beynəlxalq Münasibətlər Şurası üçün məqaləsində (Nyu-Yorkda yerləşir) hətta onun özünün vəzifəsinin ləğv edildiyini xatırladıb. Yəni, Vaşinqtonla Karakas arasındakı əlaqələr əvvəlkindən daha zəifdir.
Rusiya və Çinlə BRİKS-ə daxil olan Braziliya da artıq öz dişini göstərir. Latın Amerikası ölkəsi yeni Prezident Lula da Silva ilə Ukrayna münaqişəsində neytral mövqe tutur, Pekinlə əməkdaşlığı artırır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa çalışır. Belə bir ssenarinin həyata keçirilməsində veto hüququ əldə edən braziliyalılar beynəlxalq səviyyədə amerikapərəst qərarların qəbulu qarşısında yeni maneəyə çevriləcəklər. Ancaq hələ ki, Rusiya və Çinin səlahiyyətləri kifayətdir.
Nəhayət, amerikalıların problemləri var ki, burada, sanki, fərqlər minimal olmalıdır. NATO tərəfdaşı olan Türkiyə uzun illərdir ki, Rusiyaya qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. İstər ABŞ-ın qorxulu ritorikasının köməyi ilə, istərsə də qırıcı təyyarələrin istehsalı və tədarükü proqramının məhdudlaşdırılması kimi qadağanedici tədbirlərlə Ankaraya təsir etmək mümkün deyil. Eyni zamanda türklər hazırda əvvəlkindən daha güclü mövqe ilə çıxış edirlər. Prezident Ərdoğan nə az - nə çox - Şimali Atlantika Alyansının gələcəyini öz əllərində saxlayıb. Məhz Türkiyə İsveçi bloka yaxın buraxmır. Ağ Ev yaşıl işığın yanmasının zaman məsələsi olduğuna əmin etsə də, heç bir irəliləyiş görünmür.
ABŞ-ın Aİ-dəki tərəfdaşları ABŞ-ın yaşıl enerji bazarında avropalı təchizatçıların hüquqlarını məhdudlaşdıran diskriminasiya xarakterli "İnflyasiyanın azaldılması aktı"ndan narahatdırlar. Cavab tədbirləri artıq görülüb və Baydenin susduğuna görə, yalnız genişlənəcək.
ABŞ-ın Asiyadakı forpostlarından biri olan Cənubi Koreya da avropalılara oxşar iddialar səsləndirir. Amerikalılar üzündən Tayvan ətrafında artan gərginliklə bağlı özü üçün narahat olan Yaponiya isə vəziyyəti öz əlinə almağa qərar verib. Yerli mətbuatın məlumatına görə, sentyabrda Çinlə yüksək səviyyəli ikitərəfli danışıqlar baş tuta bilər.
ABŞ üçün problem ondadır ki, ölkə hazırda praktiki olaraq "Ukrayna" relslərindən çoxvektorlu xarici siyasətə qayıtmaq iqtidarında deyil. Kiyevə dəstək, üstəlik, 2024-cü il prezident seçkilərinə hazırlıqla məşğul olan Amerika siyasi isteblişmentinin bir neçə təmas nöqtələrindən biridir. Belə şəraitdə ABŞ-dan üz döndərən ölkələrin sayı nəinki azalmayacaq, əksinə, çox güman ki, artacaq.