CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suda boğulma ilə bağlı qırx yeddi müraciət daxil olub

© AP Photo / Manu Fernandezboğulma
boğulma  - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Müraciət edənlərdən 9 nəfərə yerində tibbi yardım göstərilib, 19 nəfər hospitalizasiya olunub, 19 nəfər isə TTTY gələnədək vəfat edib.
BAKI, 17 avqust — Sputnik. TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyunun 3-dən avqustun 13-dək suda boğulma ilə bağlı ümumi 47 müraciət daxil olub.
TƏBİB-dən verilən məlumata görə, onlardan 9 nəfərə yerində tibbi yardım göstərilib, 19 nəfər hospitalizasiya olunub və təəssüf ki, 19 nəfər isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnə qədər vəfat edib.
© Sputnik / Murad OrujovTƏBİB-in avtomobili, arxiv
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 17.08.2023
TƏBİB-in avtomobili, arxiv
Qeyd edək ki, hər gün dövlət nəzarəti olan 19 çimərlikdə stansiyanın təcili yardım briqadaları növbəli şəkildə xidmət aparır.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobillərində suda boğulan şəxslərə ilkin tibbi yardım tədbirlərini həyata keçirmək üçün hər bir təchizat və təminat mövcuddur.
TTTY-dən bildirilib ki, suda boğulma ilə bağlı müraciətlərin ilk dəqiqələrində zərərçəkənlərin 90 faizini, 6–7 dəqiqədən sonra isə yalnız 1–3 faizini xilas etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0