DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pekin və Minskin dünya nizamına baxışı üst-üstə düşür - Lukaşenko

© Sputnik / Anton Novoderezhkin / POOL / Mediabanka keçidAleksandr Lukaşenko
Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Belarusiya prezidenti bildirib kmi, ikinci Dünya Müharibəsindən sonra yaradılmış sərhədlərin, ərazi bütövlüyünün və birliyin mütləq tərəfdarıdırlar.
BAKI, 17 avqust — Sputnik. Çin və Belarusun dünya düzəninə baxışı bütünlüklə üst-üstə düşür. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Çinin müdafiə naziri Li Şanqfu ilə görüşündə deyib.

"Çin və Belarusun indiki və gələcək dünya nizamının əsas ideyaları bütünlükləüst-üstə düşür. Biz bunu son üç onillikdə sizinlə nümayiş etdiririk", - deyə Lukaşenka bildirib.

O qeyd edib ki, çoxqütblü dünyanın mütləq tərəfdarıdır: "İkinci Dünya Müharibəsindən sonra yaradılmış sərhədlərin, ərazi bütövlüyünün və birliyin mütləq tərəfdarıyıq".
Onun sözlərinə görə, Belarus həm də dövlətlərin daxili işlərinə qarışmamaq tərəfdarıdır.
"Bir sözlə, Çinin xarici siyasətinin bütün palitrası bizə də xasdır", - Lukaşenko deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0