Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İndoneziya ilə münasibətlərin dostluq məcrasında inkişafında səy göstərəcəyik - Prezident

© AFP 2023 / OLIVER BUNICİlham Əliyev
İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.
BAKI, 17 avqust — Sputnik. "İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubunda ifadə edib.
İndoneziya Prezidentinə və onun simasında dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı bu bayram günündə Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0