Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müslüm Maqomayev nümunə götürmək üçün bir etalondur - Tamara Sinyavskaya

© Sputnik / Kemale ALiyevaBakıda SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb
Bakıda SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır.
BAKI, 17 avqust - Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, Bakıdakı Fəxri xiyabanda bu gün 81 yaşı tamam olacaq böyük müğənni, əfsanəvi ifaçı və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə dünyanın müxtəlif yerlərindən mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Maqomayevin qohumları, dostları və sadiq pərəstişkarları iştirak ediblər. Onların hər biri müğənninin abidəsi önünə gül dəstələri qoyub.
© Sputnik / Kemale ALiyevaFərhad Bədəlbəyli, arxiv
Фархад Бадалбейли - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Fərhad Bədəlbəyli, arxiv
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Onun sözlərinə görə, xalq artisti Azərbaycanı təkcə Sovet İttifaqında deyil, bütün dünyada şöhrətləndirib.
İfaçının dul həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya Maqomayevi xatırladıqlarına, sevdiklərinə, ehtiramla yanaşdıqlarına və yeni nəslə ötürdüklərinə görə burada olanların hamısına təşəkkür edib.
© Sputnik / Kemale ALiyevaTamara Sinyavskaya
Тамара Синявская - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Tamara Sinyavskaya

“Mənim, azərbaycanlıların dediyi kimi, indi tüklərim biz-biz olub, çünki hər il daha çox insan Müslümün xatirəsini yad etməyə gəlir. Şadam ki, burada gənc nəslin nümayəndələri çoxdur. Müslüm örnək götürüləcək bir etalondur. Təəssüf ki, mən artıq Bakıya tez-tez gələ bilmirəm: səhhətim imkan vermir. Amma hər il avqustun 17-də Müslümün Vətənində olmalıyam. Mən onun olduğu yerdə olmalıyam. Baxmayaraq ki, onu həmişə yanımda hiss edirəm və bu hissin məni tərk etməsini istəmirəm", - deyə Sinyavskaya etiraf edib.

Müğənninin xatirəsini yad etməyə Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar da gəliblər. Müslüm Maqomayevin onlara hər zaman dəstək olduğunu söylədilər. Fidan Qasımova dəfələrlə əfsanəvi ifaçı ilə eyni səhnədə çıxış etmək imkanı qazanıb.
© Sputnik / Kemale ALiyevaFidan və Xuraman Qasımovalar
В Баку почтили память народного артиста СССР Муслима Магомаева - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Fidan və Xuraman Qasımovalar

“O, qardaşımızın dostu idi, ona görə də tez-tez bizə gəlirdi. Hətta bir çox mahnılarını bizimlə ilk dəfə ifa edib ifa edib. Onun ifasından zövq alırdıq. Həmişə uğurlarımıza sevinir, xarici müsabiqələrdə birinci yerləri qazananda bizə təbrik teleqramları göndərirdi. Həmkarlarıma heç vaxt paxıllıq etməmişəm, hamı ilə mehriban münasibət saxlamağa çalışmışam", - deyə Xuraman Qasımova xatırlayır.

Fərhad Bədəlbəyli, Xalq Rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və bir çox başqaları da Maqomayevlə bağlı xatirələrini bölüşüblər.
Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. İlk uğur ona 1962-ci ildə gəlib. 1960-cı illərdə o, artıq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanda dünyaca məşhur “La Skala” teatrında təhsil alıb. Müğənninin repertuarında ümumilikdə 600-ə yaxın əsər var. Bənzərsiz sənətkar 2008-ci ildə 66 yaşında Moskvada vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Müslüm Maqomayev - Sputnik Azərbaycan, 1920, 17.08.2023
RUSİYA
"Yerin ən yaxşı şəhəri" mahnısı Rusiya paytaxtının himninə çevrilib - səfir
Xəbər lenti
0