Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Korotçenko: Ağdam-Xankəndi yolunun işə salınması zəruridir

© Photo : Azerbaijan Highway State AgencyAvtomobil yolu
Avtomobil yolu - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Politoloq Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin çıxışından bir məqama istinad edib.
BAKI, 17 avqust — Sputnik. BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən fövqəladə iclasının yekunu üzrə Azərbaycan- Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı əsas tezislər müəyyənləşdirilib. Bunu Rusiyalı ekspert, politoloq İqor Korotçenko "Telegram"da yazıb.

"BMT Təhlükəsizlik Şurasının dünənki iclasında Rusiyanın mövqeyinin mahiyyəti Azərbaycanın hüquqi çərçivəsinə uyğun gəlir", – Korotçenko bildirib.

Politoloq Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin çıxışından bir məqama istinad edib. O bildirib ki, Azərbaycan- Ermənistan arasında sülh etibarlı və aydın təhlükəsizliyin təminatları olmadan, Azərbaycanın hüquq sahəsi çərçivəsində beynəlxalq prinsiplər əsasında hamılıqla tanınmış Qarabağ sakinlərinin hüquqlarına riayət olunmadan düşünülə bilməz.
"Çıxışın təhlilindən ortaya çıxan nəticələr:
Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında danışıqlar prosesi birbaşa, "beynəlxalq mexanizm" olmadan aparılmalıdır. (oxu: Aİ, Fransa və ABŞ);
Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar;
Regionda heç bir xarici hərbi kontingent olmayacaq - yalnız Rusiya sülhməramlı kontingenti;
Ağdam-Xankəndi yolunun (və Zəngəzur dəhlizinin) işə salınması zəruridir, o zaman Laçın yolu işə düşəcək;
Moskva Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədi;
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın alternativi yoxdur", - Korotçenko yazıb.
© Sputnik / Murad OrujovRusiyalı ekspert, politoloq İqor Korotçenko, arxiv
Главный редактор журнала Национальная оборона Игорь Коротченко - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Rusiyalı ekspert, politoloq İqor Korotçenko, arxiv
Qeyd edək ki, "Laçın yolu ətrafında yaranmış vəziyyət"lə bağlı Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.
Görüşün mövzusu Ermənistanın müraciəti əsasında təşkilata sədrlik edən ABŞ tərəfindən formalaşdırılıb.
Təhlükəsizlik Şurasının üzvlərinə Rusiyanın sülhməramlılarının müvəqqəti yerləşdiyi və ermənilərin məskunlaşdığı Azərbaycanın Qarabağ bölgəsində yaranmış vəziyyəti müzakirə etmək təklif olunub.
Ermənistan iddia edir ki, iki ölkə sərhədində Laçın keçid məntəqəsinin yaradılması ilə Azərbaycan faktiki olaraq ermənilərin yaşadığı əraziyə keçidi bağlayıb və bu, guya "humanitar fəlakət" törədib.
Amma keçid məntəqəsi yaradılana qədər məhz bu yol boyu sərhəddən qeyri-qanuni hərbi yüklərin daşınması və Azərbaycan Respublikasının Qarabağ bölgəsi ərazisində Ermənistan silahlı birləşmələrinin qanunsuz yerdəyişməsinin həyata keçirildiyi qeyd edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 17.08.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
XİN BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanat yayıb
Xəbər lenti
0