https://sputnik.az/20230817/edliyye-nazirliyi-on-uc-partiyani-legv-edib-457764925.html
Ədliyyə Nazirliyi on üç partiyanı ləğv edib
Ədliyyə Nazirliyi on üç partiyanı ləğv edib
Sputnik Azərbaycan
Ədliyyə Nazirliyinin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə... 17.08.2023, Sputnik Azərbaycan
2023-08-17T15:27+0400
2023-08-17T15:27+0400
2023-08-17T15:27+0400
ədliyyə nazirliyi
siyasət
partiya
ləğv
https://cdnn1.img.sputnik.az/img/40721/05/407210529_0:77:2001:1202_1920x0_80_0_0_491e3a86f5c722047ae747dbbfbb964f.jpg
BAKI, 17 avqust — Sputnik. Azərbaycanda daha iki siyasi partiya - Vahid Azərbaycan Milli Birlik və Qorqud partiyaları ləğv olunub. Bu barədə ötən gün Ədliyyə Nazirliyi tərəfindən qərar qəbul edilib. Nazirliyin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub. Qeyd olunub ki, "Qorqud" Partiyası da ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Bundan başqa, avqust ayı ərzində Ədliyyə Nazirliyi daha 11 partiyanın ləğvi barədə qərarlar verib. Bunlar Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, "Yeni Yol" partiyası, Müstəqil Xalq Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyasıdır. Adları çəkilən partiyalar bir müddət əvvəl özlərini buraxmaq barədə qərarlar veriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40721/05/407210529_146:0:1853:1280_1920x0_80_0_0_ac47ee38337d2ec5848d8da7bb3ce8fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ədliyyə nazirliyi, partiya, ləğv
ədliyyə nazirliyi, partiya, ləğv
Ədliyyə Nazirliyi on üç partiyanı ləğv edib
Ədliyyə Nazirliyinin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.
BAKI, 17 avqust — Sputnik. Azərbaycanda daha iki siyasi partiya - Vahid Azərbaycan Milli Birlik və Qorqud partiyaları ləğv olunub.
Bu barədə ötən gün Ədliyyə Nazirliyi tərəfindən qərar qəbul edilib.
Nazirliyin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.
Qeyd olunub ki, "Qorqud" Partiyası da ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.
Bundan başqa, avqust ayı ərzində Ədliyyə Nazirliyi daha 11 partiyanın ləğvi barədə qərarlar verib.
Bunlar Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, "Yeni Yol" partiyası, Müstəqil Xalq Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyasıdır.
Adları çəkilən partiyalar bir müddət əvvəl özlərini buraxmaq barədə qərarlar veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.